AZE | RUS | ENG |

Müraciət edənlərin 30 faizi daimi işlə təmin olunub

Müraciət edənlərin 30 faizi daimi işlə təmin olunub
Binəqədidə 2015-ci ilin yanvar-iyun ayları ərzində görülən işlərə dair hesabat yığıncağı keçirilib


Binəqədi Rayon İcra Hakimiyyəti (BRİH) başçısı yanında Şuranın 2015-ci ilin birinci yarısının yekunları və qarşıda duran vəzifələrə həsr olunmuş hesabat yığıncağı keçirilib. İclası giriş sözü ilə açan BRİH başçısı Xaləddin İsgəndərov Azərbaycan Prezidenti İlham Əliyevin ölkəmizin social-iqtisadi inkişafı üçün həyata keçirdiyi və uzun müddət üçün hesablanmış tədbirlərdən, həmçinin bu kontekstdə hökumətin qarşısında qoyduğu vəzifələrin davamlı və uğurlu icrasından, görülən işlərin uğurlu nəticələrindən danışıb.

Sonra o, hesabat məruzəsi ilə çıxış edərək, ölkə başçısının yürütdüyü məqsədyönlü siyasi kurs nəticəsində 2015-ci ilin birinci yarısının da inkişaf və tərəqqi ilə başa çatdığını bildirib. Qeyd edilib ki, 2015-ci ilin yanvar-iyun ayları ərzində görülən işlərin yekunu olaraq, Binəqədi rayonunun sosial-iqtisadi həyatında da bir sıra nəticələr əldə edilib. Sənaye sahəsində keçən ilin müvafiq dövrünə nisbətən 1.0, nəqliyyat sektorunda 20.0, rabitə sektorunda 1.0 faiz artım müşahidə olunub. Tikinti sektorunda hesabat dövründə bütün maliyyə mənbələri hesabına 43607,6 min manat əsas fondlar istifadəyə verilib. Fəhlə və qulluqçuların orta aylıq əmək haqqı 452,7 manat, əhaliyə göstərilən pullu xidmətlərin həcmi 1 mln. 899 min manat təşkil edib. 2015-ci ilin 6 ayı ərzində orta aylıq nominal əmək haqqı keçən ilin müvafiq dövrünə nisbətən 0,6 faiz artaraq, 406,8 manata çatıb.

Hesabat məruzəsi ətrafında çıxış edən BRİH başçısının müavini Aygün Əliyeva qeyd edib ki, hesabat dövrü ərzində sakinlərin kommunal sahədə, həmçinin digər sosial sahələrdə mövcud olan bir sıra problemləri öz müsbət həllini tapıb. Bildirilib ki, “2014-2016-cı illərdə Bakı şəhərinin və onun qəsəbələrinin sosial-iqtisadi inkişafına dair Dövlət Proqramı”nın uğurlu icrası nəticəsində rayonda ətraf mühitin qorunması, sahibkarlığın dəstəklənməsi, vətəndaşların firavan yaşayışı üçün zəruri infrastrukturun yaradılması, o cümlədən səhiyyə, təhsil, mədəniyyət, gənclər və idman, əhalinin sosial müdafiəsi sahələrində keyfiyyətli xidmətlərin göstərilməsinə nail olunub, genişmiqyaslı işlər görülüb. Həmçinin Proqrama əsasən Bakı Atıcılıq Mərkəzinin sökülərək yenidən qurulması və dağ velosipedi yarışları üçün Veloparkın inşası işləri 2015-ci ilin mart ayında yekunlaşıb, yeni “Gənclər evi”nin istifadəyə verilməsi ilə əlaqədar tamamlanma işləri başa çatdırılıb.

Hesabat dövründə əhalinin sosial müdafiəsi və məşğulluğunun artırılması istiqamətində aparılan islahatlar haqqında çıxış edən Binəqədi Rayon Məşğulluq Mərkəzinin direktoru Məhəmməd Hacıyev bildirib ki, 2015-ci il iyul ayının 1-i tarixinə olan məlumata əsasən, Binəqədi rayonunda 3361 yeni iş yeri açılıb ki, bunun da hamısı daimi iş yerləridir. Hesabat dövründə işlə təmin olunmaq məqsədilə 985 nəfər vətəndaş müraciət edib ki, bunlardan 334 nəfəri, o cümlədən 87 nəfəri qadın olmaqla müxtəlif sahələrdə daimi işlə təmin edilib və 92 nəfər müxtəlif peşə kurslarına cəlb olunub. 2015-ci ilin 6 ayı ərzində 101 nəfərə işsizlik müavinəti təyin olunub.

Daha sonra 1646 Sakinlərin Müraciət Xidmətinin rəisi Anar Səfərov çıxış edərək hesabat dövrü ərzində Xidmətə daxil olan müraciətlərin icra vəziyyəti barədə məlumat verib.

Şura iclasının qərar layihəsinin oxunmasından sonra İH başçısı X.İsgəndərov Azərbaycan Prezidentinin “Dövlət qulluqçularının təltif edilməsi haqqında” 22 iyun 2015-ci il tarixli Sərəncamı ilə “Dövlət qulluğunda fərqlənməyə görə” medalı ilə təltif edilmiş əməkdaşları təbrik edib.

Kaspi.az

Paylaş:

Facebook-da

Xəbər lenti

Valyuta məzənnəsi

Tipi Ədə. Adı AZN
USD 1 1 ABŞ dolları 1.7
EUR 1 1 Avro 1.8829
GEL 1 1 Gürcüstan larisi 0.573
GBP 1 1 İngiltərə funt sterlinqi 2.1791
IRR 100 100 İran rialı 0.004
SEK 1 1 İsveç kronu 0.1738
CHF 1 1 İsveçrə frankı 1.7109
KWD 1 1 Küveyt dinarı 5.5993
TRY 1 1 Türkiyə lirəsi 0.289