AZE | RUS | ENG |

Müasir İqtisad Məktəbi layihəsinə yekun vurulub

Müasir İqtisad Məktəbi layihəsinə yekun vurulub
Ramiz Göyüşov: “Ölkəmizdə gənclərin davamlı inkişafına hədəflənən Dövlət Gənclər siyasəti Binəqədi rayonunda da müvəffəqiyyətlə reallaşmaqdadır”


Binəqədi rayon İcra hakimiyyəti, Yeni Azərbaycan Partiyası Binəqədi rayon Təşkilatı və Binəqədi rayon Gənclər və İdman İdarəsinin birgə təşkilatçılığı ilə reallaşan Müasir İqtisad Məktəbi layihəsinin yekun bağlanış mərasimi keçirilib. YAP Binəqədi rayon Təşkilatının inzibati binasında baş tutan tədbirdən öncə qonaqlar Müasir İqtisad Məktəbinin tanıtımına həsr olunmuş video çarx izləyiblər.
Tədbiri giriş sözü ilə açan YAP Binəqədi rayon Təşkilatı Gənclər Birliyinin sədri, Müasir İqtisad Məktəbi layihəsinin rəhbəri Mahmud Məmmədzadə layihə haqqında məlumat verib. O layihənin 4 aydır ki, davam etdiyini, layihə çərçivəsində “Neoklassiklər”, “Smitin varisləri”, “Dollara Manat” və “Gənc Analitiklər” komandalarının müxtəlif təlimlər keçirdiyini qeyd edib. Natiq layihənin bağlanış mərasimində “Neoklassiklər” və “Smitin varisləri” komandaları arasında final təqdimatın baş tutacağını və sonda münsiflər heyətinin qalib komandanı elan edəcəyini bildirib.
YAP Binəqədi rayon Təşkilatının sədri Ramiz Göyüşov çıxış edərək tədbir iştirakçılarını salamlayıb, layihənin əhəmiyyətindən danışıb. Natiq ölkəmizdə gənclərin davamlı inkişafına hədəflənən Dövlət Gənclər siyasətinin uğurla həyata keçirilməsini, bu siyasətin Binəqədi rayonunda müvəffəqiyyətlə reallaşdırılmasını qeyd edib, layihəyənin icra edilməsində göstərdiyi dəstəyə görə Binəqədi rayon İcra Hakimiyyəti başçısı Xaləddin İsgəndərova təşəkkürünü ifadə edib. Rayon partiya təşkilatının sədri Prezident İlham Əliyevin Azərbaycanı regionun və dünyanın enerji təhlükəsizliyində mühüm rol oynayan dövlətə çevirməsini, gənclərin mənəvi və fiziki inkişafı üçün müxtəlif Dövlət Proqramlarının qəbulunu vurğulayıb, gənclər sahəsinin ökəmizdə prioritet sahələrdən biri olduğunu bildirib.
Binəqədi rayon Gənclər və İdman İdarəsinin rəisi Qüdsi Bayramov Binəqədi rayonunda gənclərin davamlı inkişafı üçün görülmüş işlərdən danışıb, Müasir İqtisad Məktəbi layihəsinin uğurla həyata keçirildiyini qeyd edib. O gəncləri fəal olmağa müxtəlif layihələr və ideyalarla çıxış etməyə çağırıb.
Prezident yanında Bilik Fondunun Beynəlxalq əlaqələr sektorunu aparıcı məsləhətçisi Rauf Həsənov, “Modern Marketing Group” Şirkətinin təsisçisi Yusif Vəliyev və Prezident yanında Dövlət İdarəçilik Akademiyası rektorunun müşaviri Yusif Ağayev Dövlət Gənclər siyasətinin Binəqədi rayonunda uğurla həyata keçirildiyini vurğulayıblar.
Bakı Dövlət Universitetinin hüquq fakültəsinin magistrantı Yavər Məmmədova gənclərin maarifləndirilməsi istiqamətində həyata keçirilən işlərdən danışıb. O gənclərin müxtəlif beynəlxalq tədbirlərdə ölkəmizi layiqli şəkildə təmsil etdiyini bildirib.
Tədbirin sonunda “Müasir İqtisad Məktəbi” layihəsində finala vəsiqə qazanmış “Neoklassiklər” komandası tərəfindən “Azərbaycanda Kənd Təssərüfatında mövcud vəziyyət və gələcək perspektivlər, “Smitin varisləri” komandası tərəfindən isə “Fond Birjaları Bazarı” mövzularında təqdimat baş tutub, münsiflər heyəti tərəfindən müvafiq qiymətləndirmə aparılıb. Təqdimatların nəticələrinə əsasən “Neokalssiklər” komandası qalib elan edilib, qalib komandanın üzvlərinə və layihə iştirakçıları olan gənclərə Sertifikatlar və qiymətli hədiyyələr təqdim olunub.

Kaspi.az

Paylaş:

Facebook-da

Xəbər lenti

Valyuta məzənnəsi

Tipi Ədə. Adı AZN
USD 1 1 ABŞ dolları 1.7
EUR 1 1 Avro 1.8829
GEL 1 1 Gürcüstan larisi 0.573
GBP 1 1 İngiltərə funt sterlinqi 2.1791
IRR 100 100 İran rialı 0.004
SEK 1 1 İsveç kronu 0.1738
CHF 1 1 İsveçrə frankı 1.7109
KWD 1 1 Küveyt dinarı 5.5993
TRY 1 1 Türkiyə lirəsi 0.289