AZE | RUS | ENG |

Milli Qəhrəmanın anım mərasimi olub - Fotolar

Milli Qəhrəmanın anım mərasimi olub - Fotolar
Aygün Əliyeva: “Şəhidlərimizin, milli qəhrəmanlarımızın cəsurluğu və rəşadəti Vətənini sevən hər kəs üçün örnəkdir”

Binəqədi rayonunda ölkəmizin suverenliyi və ərazi bütövlüyü uğrunda gedən döyüşlərdə xüsusi rəşadət göstərərək Azərbaycanın Milli Qəhrəmanı adına layiq görülmüş şəhid Fərhad Hümbətovun anım mərasimi keçirilib. Binəqədi rayon Rəsulzadə bələdiyyəsinin təşkilatçılığı ilə reallaşan tədbirdə Binəqədi Rayon İcra Hakimiyyəti başçısının müavini Aygün Əliyeva, Rəsulzadə bələdiyyəsinin sədri Hümbət Hüseynov, Milli Qəhrəmanın ailə üzvləri, yaxınları, cəbhə yoldaşları, orta məktəb şagirdləri və ictimaiyyət nümayəndələri iştirak ediblər.

Tədbirdə çıxış edən Müharibə, Əmək, Silahlı Qüvvələr və Hüquq Mühafizə Orqanları Veteranları Şurası Rayon şöbəsinin sədri Telman Hətəmov və “Qarabağ müharibəsi əlilləri, veteranları və şəhid ailələri” İctimai Birliyinin Binəqədi rayon şöbəsinin sədri İlham Qayıbzadə belə tədbirlərin keçirilməsinin gənclərin vətənpərvərlik tərbiyəsində mühüm rol oynadığını bildiriblər.

Milli Qəhrəmanın anası Salatın Hümbətova oğlunun keçdiyi qısa, lakin mənalı və şərəfli həyat yolundan danışaraq dövlət tərəfindən onlara göstərdiyi diqqət və qayğını minnətdarlıqla qeyd edib.

Daha sonra tədbirdə Binəqədi Rayon İcra Hakimiyyəti başçısının müavini Aygün Əliyeva çıxış edərək Azərbaycanın ərazi bütövlüyü uğrunda həyatını fəda edərək şəhidlik zirvəsinə ucalmış Fərhad Hümbətovun timsalında şəhidlərimizin, milli qəhrəmanlarımızın cəsurluğu və rəşadətini vətənini sevən hər kəs üçün örnək kimi səciyyələndirib. A.Əliyeva şəhid ailələrinin dövlət qayğısı ilə əhatə olunmasına toxunaraq bu məsələnin ölkə başçısı tərəfindən daim diqqət mərkəzində saxlandığını, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyevin rəhbərliyi ilə əzəli yurd yerlərimizin azad olunacağı və qələbə sevinci yaşayacağımızı vurğulayıb.

Anım tədbiri Binəqədi rayonu 299 saylı məktəb-liseyin şagirdlərinin ifasında bədii kompozisiyanın təqdim edilməsi və məktəblilərin Milli Qəhrəmanın abidəsi önünə güllərin düzülməsi ilə yekunlaşıb.

Kaspi.az
Fotolar"> Fotolar"> Fotolar"> Fotolar">

Paylaş:

Facebook-da

Xəbər lenti

Valyuta məzənnəsi

Tipi Ədə. Adı AZN
USD 1 1 ABŞ dolları 1.7
EUR 1 1 Avro 1.8829
GEL 1 1 Gürcüstan larisi 0.573
GBP 1 1 İngiltərə funt sterlinqi 2.1791
IRR 100 100 İran rialı 0.004
SEK 1 1 İsveç kronu 0.1738
CHF 1 1 İsveçrə frankı 1.7109
KWD 1 1 Küveyt dinarı 5.5993
TRY 1 1 Türkiyə lirəsi 0.289