“Ölkəmizi tanıyaq” - Fotolar

“Ölkəmizi tanıyaq” - Fotolar

Təfsilat
11 Noyabr 2014, 13:02 1265
Prezident İlham Əliyevin tapşırığına əsasən “Ölkəmizi tanıyaq” devizi ilə yeniyetmələrin respublikamızın müxtəlif rayonları ilə tanışlığı üçün təşkil olunmuş maarifləndirici tur-aksiyaların ikinci mərhələsi çərçivəsində Binəqədi rayonundan olan məktəblilərin Quba-Qusar-Xaçmaz rayonlarına yola salınması mərasimi keçirilib. Binəqədi rayon icra hakimiyyətindən “Kaspi”yə bildirilib ki, rayonun orta məktəblərində təhsil alan, öz təhsili və nümunəviliyi, ictimai həyatda fəallığı ilə fərqlənən şagirdlər icra hakimiyyətində yaradılmış Qərargah tərəfindən seçiliblər. Təsdiq olunmuş proqrama əsasən Binəqədili yeniyetmələr Quba-Qusar-Xaçmaz rayonlarının görməli yerlərində olacaq, həmin rayonların Heydər Əliyev Mərkəzlərini və parklarını, tarixi abidələri, tarix-diyarşünaslıq muzeylərini ziyarət edəcək, bölgə ilə yaxından tanış olacaqlar. Səfər çərçivəsində şagirdlərin asudə vaxtlarının təşkili də nəzərə alınıb.

Binəqədi rayon Heydər Əliyev adına Mədəniyyət və İstirahət parkında baş tutan yola salma mərasimində iştirak edən yeniyetmələr əvvəlcə Ümummilli lider Heydər Əliyevin abidəsi önünə tər çiçəklər qoyaraq xatirəsini ehtiramla anıblar. Mərasimdə çıxış edən Binəqədi rayon İcra Hakimiyyəti başçısının müavini Aygün Əliyeva şagirdlərə turun məqsədi barədə məlumat verərək, ölkə başçısı İlham Əliyevin gənc nəslin tərbiyəsi, onların savadlı, vətənpərvər böyüməsi istiqamətində gördüyü işlərdən danışıb, bu səfərlərin yeniyetmə və gənclərin bilik və savadının, dünya görüşünün artırılması istiqamətində mühüm töhfə olacağını vurğulayıb.

Mərasim başa çatdıqdan sonra şagirdlər onlar üçün ayrılmış avtobusla müvafiq marşrut istiqamətində yola düşüblər.

R.İSMAYILOVFotolar"> Fotolar"> Fotolar"> Fotolar"> Fotolar"> Fotolar">