AZE | RUS | ENG |


“Lineyn trilogiyası” martda Bakıya gəlir

“Lineyn trilogiyası” martda Bakıya gəlir
“Teatr əməkdaşlığı”-nın uğurlu nəticəsi mart ayında təqdim olunacaq...

Azərbaycan Respublikası Mədəniyyət və Turizm Nazirliyi ilə əməkdaşlığı çərçivəsində British Council Azərbaycan nümayəndəliyi Oskar mükafatına layiq görülmüş dramaturq Martin MakDonaxın pyesi əsasında qurulmuş “Lineyn trilogiyası” tamaşasının Azərbaycan Dövlət Gənc Tamaşaçılar Teatrının səhnəsində premyerasını böyük məmnuniyyətlə elan edir.

Teatrın mətbuat xidmətindən saytımıza verilən məlumata görə, bu tamaşalar, Böyük Britaniya mütəxəssislərinin iştirakı ilə keçirilən təlim proqramı vasitəsilə Azərbaycanın dövlət və özəl teatrlarında çalışan aktyorların və texniki heyətin peşəkar bacarıq və imkanlarını artırmaq üçün nəzərdə tutulmuş “Teatr əməkdaşlığı” layihəsi çərçivəsində hazırlanıb.
Aldığımız məlumata görə, 2013-cü ilin fevral ayından başlayaraq, British Council Azərbaycan Dövlət Gənc Tamaşaçılar Teatrının bazasında Böyük Britaniyadan dəvət olunmuş peşəkar işıq rəssamı Maykl Manyon, quruluşçu rəssam Elizabet Kuk və peşəkar teatr rejissoru Yan Uilem Van Den Box kimi mütəxəssislərin iştirakı ilə müxtəlif təlimlər silsiləsini təşkil edib.
Dramaturq Martin MakDonaxın qələminə aid “Lineyn trilogiyası”nın özündə birləşdiyi üç pyes “Lineynin Gözəllik Kraliçası”, “Konnemarada bir Kəllə” və “Yalqız Qərb” adlanır. 1994- ci ildə, “Lineynin Gözəllik Kraliçası” və “Yalqız Qərb” Ən Yaxşı Pyes nominasiyasında “Tony Award” mükafatına layiq görülüb. Böyük Britaniyadan dəvət olunmuş teatr rejissoru Yan Uilem Van Den Box, üç yerli rejissorumuz Ayla Osmanova, Sərvər Əliyev, Gülnar Hacıyeva və on iki Azərbaycan aktyorları ilə əməkdaşlıq yolu ilə Bakıda – Azərbaycan Dövlət Gənc Tamaşaçılar Teatrında bu üç qara komediyanın səhnələşdirilməsi prosesinə bədii rəhbərlik edir.

Teatrın direktoru Mübariz Həmidov bizimlə söhbətində bu trilogiyanın teatr üçün yeni və həyəcanlandırıcı təşəbbüs olduğunu dedi: “Teatrımız əməkdaşlıq yolu ilə hazırlanan bu cür tamaşaları hər zaman məmnuniyyətlə qəbul edib dəstəkləməyə hazırdır,” Azərbaycanda fəaliyyət göstərən British Council təşkilatının direktoru, Elizabet Uaytın sözlərinə görə, “bu tamaşaların xüsusiliyi ondadır ki, Bakının teatr peşəkarları və Böyük Britaniya rejissoru, müasir Britaniya pyesini Azərbaycanın kontekstində təqdim etmək üçün aylarla birlikdə əməkdaşlıq etmişlər. Bu işin nəticəsi həm yeniliyi, həm də qeyri-adiliyi ilə seçilir”.

Qeyd edək ki, trilogiyanın premyerası 11 mart 2014-cü il tarixində saat 12:00, 16:00 və 19:00-da Azərbaycan Gənc Tamaşaçılar Teatrında keçiriləcək. Biletləri Bakı şəhərinin kassalarında əldə etmək olar. Bu tamaşalar Gənc Tamaşaçılar Teatrında Azərbaycan dilində ifa olunacaq və Azərbaycan Dövlət Gənc Tamaşaçılar Teatrının repertuarına daxil edilərək, nümayiş olunacaq.

Kaspi.az

Paylaş:

Facebook-da

Reklam

Xəbər lenti

Valyuta məzənnəsi

Tipi Ədə. Adı AZN
IRR 100 İran rialı 0.0045
GEL 1 Gürcü larisi 0.7079
GBP 1 İngilis funt sterlinqi 2.1952
TRY 1 Türk lirəsi 0.4837
KWD 1 Küveyt dinarı 5.6346
SEK 1 İsveç kronu 0.2108
EUR 1 Avro 2.0035
CHF 1 İsveçrə frankı 1.7632
USD 1 ABŞ dolları 1.7008