AZE | RUS | ENG |

Gənclər Beynəlxalq Multikulturalizm Mərkəzinin fəaliyyəti ilə tanış olublar

Gənclər Beynəlxalq Multikulturalizm Mərkəzinin fəaliyyəti ilə tanış olublar
Nuridə Allahyarova: “Binəqədi rayonunda milli - etnik və dini azlıqların nümayəndələrinə daim diqqət göstərilir və bu, artıq ənənə halını alıb”


Binəqədi rayon İcra Hakimiyyəti, Yeni Azərbaycan Partiyası Binəqədi rayon Təşkilatı və Binəqədi rayon Gənclər və İdman İdarəsinin birgə təşkilatçılığı ilə bir qrup gəncin Bakı Beynəlxalq Multikulturalizm Mərkəzinə ekskursiyası təşkil edilib. Ekskursiya çərçivəsində həmçinin Bakı Beynəlxalq Multikulturalizm Mərkəzində “I Avropa oyunları Azərbaycanın tanıtımı və Multikulturalizm siyasəti kontekstində” mövzusunda tədbir təşkil olunub.
Tədbirdən öncə qonaqlara Bakı Beynəlxalq Multikulturalizm Mərkəzinin yaranması, fəaliyyəti və iş prinsipləri barəsində ətraflı məlumat verilib. Bildrilib ki, Mərkəz 15 may 2014-cü il tarixdə Azərbaycan Respublikası Prezidenti İlham Əliyevin Fərmanı əsasında təsis edilib, dövlət başçısının 19 noyabr 2014-cü il tarixli Sərəncamı ilə Mərkəzin Himayəçilik Şurasının üzvləri təyin edilib və Prezidentin millətlərarası, multikulturalizm və dini məsələlər məsələlər üzrə Dövlət müşaviri, akademik Kamal Mehdi oğlu Abdullayev Himayəçilik Şurasının sədri seçilib.
Tədbirdə çıxış edən Bakı Beynəlxalq Multikulturalizm Mərkəznin icraçı direktoru, professor Azad Məmmədov Mərkəzin yaranması və fəaliyyət istiqamətləri haqqında danışıb.
Sonra çıxış edən Bakı Beynəlxalq Multikulturalizm Mərkəzinin müşaviri Aynur Bəşirli və Mərkəzin layihələr şöbəsinin müdiri Hikmət Babayev görülmüş işlər və qarşıda duran perspektivlər haqda məlumat veriblər. Natiqlər multikultural təhlükəszilik, yerli və xarici universitetlərdə multikulturalizm fənninin tədrisi, Azərbaycanda tolerantlıq və multikulturalizm siyasəti haqda ətraflı məlumat veriblər. Qeyd olunub ki, hazırda Çexiya, İtaliya, Bolqarıstan, Rusiya, Belorusiya, Gürcüstan və Litvada ali təhsil müəssisələrində Azərbaycan multikulturalizmi fənni tədris olunur.
Daha sonra tədbirdə çıxış edən Binəqədi rayon İcra hakimiyyətinin ictimai-siyasi və humanitar məsələlər şöbəsinin müdiri Nuridə Allahyarova tədbirin təşkilində göstərdikləri dəstəyə görə Mərkəzin rəhbərliyinə Binəqədi rayon İcra hakimiyyətinin başçısı Xaləddin İsgəndərovun təşəkkürünü və salamlarını çatdırıb. O Binəqədi rayonunda gənclərin davamlı inkişafı istiqamətində müxtəlif maarifləndirici layihələrin və görüşlərin keçirildiyini, ekskursiyaların reallaşdırıldığını qeyd edib. Bildirilib ki, Binəqədi rayonunda milli - etnik və dini azlıqların nümayəndələrinə daim diqqət göstərilir və bu, artıq ənənə halını alıb.
Sonra Mərkəzin nümayəndələri tərəfindən müxtəlif ali təhsil müəssisələrindən olan Binəqədi rayon gənclərinin sualları cavablandırılıb.
Tədbirin sonunda Binəqədi rayon İcra hakimiyyəti tərəfindən Bakı Multikulturalizm Mərkəzinə xatirə hədiyyəsi təqdim olunub, xatirə şəkili çəkdirilib.

Kaspi.az

Paylaş:

Facebook-da

Xəbər lenti

Valyuta məzənnəsi

Tipi Ədə. Adı AZN
USD 1 1 ABŞ dolları 1.7
EUR 1 1 Avro 1.8829
GEL 1 1 Gürcüstan larisi 0.573
GBP 1 1 İngiltərə funt sterlinqi 2.1791
IRR 100 100 İran rialı 0.004
SEK 1 1 İsveç kronu 0.1738
CHF 1 1 İsveçrə frankı 1.7109
KWD 1 1 Küveyt dinarı 5.5993
TRY 1 1 Türkiyə lirəsi 0.289