AZE | RUS | ENG |

“Burdan min atlı keçdi” tamaşası nümayiş olunub

“Burdan min atlı keçdi” tamaşası nümayiş olunub
Binəqədi Rayon İcra Hakimiyyəti və “İrəvan” Dövlət Azərbaycan Dram Teatrının birgə təşkilatçılığı ilə şair-dramaturq Hidayət Orucovun “Burdan min atlı keçdi” əsəri əsasında hazırlanmış tamaşa nümayiş olunub. Tamaşa Binəqədi Rayon İcra Hakimiyyətinin başçısı Aparatının İctimai-siyasi və humanitar məsələlər şöbəsinin 2015-ci il üçün təsdiq edilmiş iş planına uyğun olaraq “Ümummilli lider Heydər Əliyev irsinin öyrənilməsi və təbliği” istiqamətində ilk tədbir kimi təşkil edilib.

Akademik Milli Dram Teatrında tamaşanı izləyənlərin sırasında əsərin müəllifi Hidayət Orucov, Binəqədi İH başçısının müavini Aygün Əliyeva, millət vəkilləri Nizami Cəfərov, Gülçöhrə Məmmədova, AMEA-nın vitse-prezidenti, professor İsa Həbibbəyli, rayon icra strukturlarının rəhbərləri, ictimai birliklərin, medianın nümayəndələri, məktəblilər və rayon ictimaiyyəti olub.

Tamaşa XX əsrin sonlarında Qafqazda münaqişələrin alovlanması məqsədi ilə gizli siyasət yürüdənlərin əməllərinə qarşı ulu öndər Heydər Əliyevin kəskin və barışmaz mövqeyini, həmçinin qərbi azərbaycanlıların erməni şovinistləri ilə gərgin mübarizəsini əks etdirir.

Tamaşada ulu öndər Azərbaycan qarşısında şərəfli missiyasını layiqincə yerinə yetirən lider kimi səciyyələndirilib, bu dahi şəxsiyyətin zaman və məkan anlayışına sığmayaraq öz xalqının təkcə sevimlisinə yox, həm də idealına çevrildiyi nümayiş etdirilib. Zamanın çətin sınaqları ilə üzləşən Azərbaycan xalqını parçalanmaqdan, xaosdan xilas edib inkişaf mərhələsinə çatdıran ümummilli lider Heydər Əliyev Azərbaycan coğrafiyasına, yalnız bir zamana sığmayan milli və milli olduğu qədər də bəşəri şəxsiyyət kimi xarakterizə edilib.

Səhnə əsərində “İrəvan” teatrının aktyorları rol alıblar.

Kaspi.az

Paylaş:

Facebook-da

Xəbər lenti

Valyuta məzənnəsi

Tipi Ədə. Adı AZN
USD 1 1 ABŞ dolları 1.7
EUR 1 1 Avro 1.8829
GEL 1 1 Gürcüstan larisi 0.573
GBP 1 1 İngiltərə funt sterlinqi 2.1791
IRR 100 100 İran rialı 0.004
SEK 1 1 İsveç kronu 0.1738
CHF 1 1 İsveçrə frankı 1.7109
KWD 1 1 Küveyt dinarı 5.5993
TRY 1 1 Türkiyə lirəsi 0.289