Binəqədidəki orta məktəbdə “Anamın Kitabı” pyesi səhnələşdirilib

Binəqədidəki orta məktəbdə “Anamın Kitabı” pyesi səhnələşdirilib

Mədəniyyət
18 Noyabr 2014, 16:00 3078
Binəqədi rayonundakı 284 saylı tam orta məktəbdə Azərbaycan Akademik Milli Dram Teatrı kollektivinin ifasında Cəlil Məmmədquluzadənin “Anamın Kitabı” pyesi səhnələşdirilib. Binəqədi Rayon İcra Hakimiyyəti mətbuat xidmətindən “Kaspi”yə bildirilib ki, məktəblilər tərəfindən böyük maraqla qarşılanan pyesdə ötən əsrin əvvəllərində Azərbaycan cəmiyyəti, xüsusilə də Azərbaycan ziyalıları haqqında gerçəkliklər göstərilib, müxtəlif dövlətlərə meyili olan ziyalıların səhv yol tutmaları yaradılan bədii obrazlar vasitəsilə tənqid olunub. Əsərdə əsas qayə kimi xalqın nicatı, gələcək inkişafı üçün məhz bir yumruq kimi Vətən, azərbaycançılıq ideyası ətrafında birləşmənin qaçılmaz olduğu göstərilib.

İdeya və məzmun baxımından böyük tərbiyyəvi əhəmiyyətə malik, vətənpərvərliyi, xalqa sədaqəti tərənnüm edən əsər 12 Noyabr Konstitusiya günündə nümayiş olunması məktəbin kollektivi və şagirdlərinin böyük marağına səbəb olub. Əsər tamaşaya baxan Binəqədi rayon icra hakimiyyətinin məsul əməkdaşları tərəfindən də müsbət qarşılanıb.

R.İSMAYILOV