AZƏRBAYCANDA KORONAVIRUSLA BAĞLI XƏBƏRLƏR

Binəqədidə səyyar əmək birjası təşkil edilib

Binəqədidə səyyar əmək birjası təşkil edilib

02 Mart 2015, 16:08 894

Binəqədi Rayon Məşğulluq Mərkəzi və Bakı Əmək Birjasının birgə təşkilatçılığı ilə Binəqədi rayonunda səyyar əmək birjası keçirilib. Binəqədi rayon icra hakimiyyətindən “Kaspi”yə bildirilib ki, 7-ci mikrorayon, Abay Kunanbayev küçəsi 9/33 ünvanında gerçəkləşən tədbirin keçirilməsində əsas məqsəd həmin ərazidə yaşayan işaxtaran vətəndaşları əmək bazarında olan mövcud vəziyyətlə tanış etməkdən, Məşğulluq Mərkəzinə daxil olmuş vakansiyaları işaxtaranlara təklif etməkdən və mərkəz tərəfindən təşkil olunan peşə kursları barədə məlumat verməkdən ibarət olub.

Ümumilikdə, əmək birjasına 45 müəssisədən 771 boş (vakant) iş yerləri çıxarılıb. İştirakçılara 33 dövlət müəssisəsindən 696 vakansiya, 11 qeyri-dövlət müəssisəsindən 73 vakansiya, 1 xarici şirkətdən 2 vakansiya təklif olunub.
Səyyar əmək birjasının nəqliyyat vasitəsinə quraşdırılan monitorlarda mərkəzə daxil olmuş vakansiyalar barədə məlumat və Dövlət Məşğulluq Xidmətinin fəaliyyəti barədə videoçarx yayımlanıb.

Tədbirin gedişində 42 nəfər işaxtaran müraciət edib, onlardan 11 nəfərə vakant iş yerlərinə göndəriş verilib, 4 nəfər Məşğulluq Mərkəzi tərəfindən təşkil olunan peşə kurslarına cəlb olunmaq üçün qeydiyyatdan keçib, işaxtaranlardan 18 nəfər özləri barədə şəxsi məlumatları təqdim ediblər.

Kaspi.az