AZE | RUS | ENG |


Binəqədidə daha bir layihəyə yekun vurulub

Binəqədidə daha bir layihəyə yekun vurulub
Aygün Əliyeva: “Sağlam həyat tərzi, gənclərin sağlam təməllər üzərində böyüməsi, müxtəlif xəstəliklərdən uzaq olması və gənclərin gələcəyinin etibarlı şəkildə təşkili daim diqqət mərkəzində saxlanılmalıdır”

Yeni Azərbaycan Partiyası (YAP) Binəqədi rayon Təşkilatının inzibati binasında Binəqədi Rayon İcra Hakimiyyətinin (BRİH) və YAP Binəqədi rayon təşkilatının dəstəyi, təhsil, səhiyyə nazirlikləri, Binəqədi rayon Gənclər və İdman İdarəsi, İctimai Səhiyyə və İslahatlar Mərkəzinin təşkilatçılığı, NİCOS şirkətinin maliyyə dəstəyi ilə rayonun bütün orta ümumtəhsil məktəblərini əhatə etmiş “Gigiyenik qaydalara düzgün əməl edək” layihəsinin yekun tədbiri keçirilib.

Tədbirdən əvvəl qonaqlar layihə çərçivəsində müxtəlif istiqamətlər üzrə məktəblilər arasında elan olunmuş müsabiqənin iştirakçılarının işlərindən ibarət sərgi ilə tanış olublar.

Sonra tədbiri giriş sözü ilə açan YAP Binəqədi rayon Təşkilatının sədri Ramiz Göyüşov açaraq, Binəqədi rayonu üzrə bütün məktəbləri əhatə etmiş layihənin əsas məqsədinin sağlam gələcək, sağlam gənclik olduğunu qeyd edib. Natiq ölkədə təhsil və səhiyyə ilə bağlı böyük işlərin görüldüyünü, Prezident İlham Əliyevin bu sahələrin inkişafı ilə bağlı mühüm qərarlar qəbul etdiyini vurğulayıb.
Daha sonra çıxış edən Binəqədi RİH başçısının müavini Aygün Əliyeva tədbir iştirakçılarına İcra başçısı Xaləddin İsgəndərovun salamlarını çatdırıb. O, “Gigiyenik qaydalara düzgün əməl edək” layihəsinin Bakı 2015 İlk Avropa Oyunlarına töhfə olan “Təmiz Binəqədi” layihəsi çərçivəsində keçirildiyini qeyd edərək, layihənin gənclərdə təmizliyi həyat tərzinə çevirməyi hədəflədiyini bildirib. A.Əliyeva “Təmiz Binəqədi” layihəsi çərçivəsində gənclərin sağlamlığının qorunması, milli mənəvi dəyərlərə bağlılığının gücləndirilməsi və asudə vaxtlarının səmərəli təşkili ilə bağlı çoxsaylı tədbirlərin, aksiyaların, müxtəlif idman yarışları və vətənpərvərlik tədbirlərinin keçirildiyini qeyd edib. Bildirib ki, sağlam həyat tərzi, gənclərin sağlam təməllər üzərində böyüməsi, müxtəlif xəstəliklərdən uzaq olması və gənclərin gələcəyinin etibarlı şəkildə təşkili daim diqqət mərkəzində saxlanılmalıdır. A.Əliyeva bu məqsədlərə çatmaq üçün din, irq, cins fərqinə varmadan hər kəsin mübarizə aparmasının vacibliyindən danışıb. O layihədə müxtəlif nominasiyalar üzrə qalib olmuş məktəbliləri Rayon İcra Hakimiyyətinin başçısı adından təbrik edib.
Tədbirdə YAP Binəqədi rayon Təşkilatının sədri Ramiz Göyüşov, Təhsil Nazirliyinin İnformasiya şöbəsinin müdir müavini Cəsarət Valehov, Bakı şəhəri üzrə Təhsil İdarəsinin müdir müavini Hüseyn Əsgərov, Səhiyyə Nazirliyinin Mətbuat Xidmətinin rəhbəri Anar Qədirli, Səhiyyə Nazirliyinin İctimai Səhiyyə və İslahatları Mərkəzinin layihələrin əlaqələndirmə şöbəsinin müdiri Səbinə Babazadə, “NURGÜN Group” Şirkətinin Müştəri Xidmətləri və İctimaiyyətlə Əlaqələr şöbəsinin müdiri Reala İsazadə və digər qonaqlar da çıxış edərək, layihə barədə öz fikirlərini bildiriblər.
Çıxışlardan sonra “Gigiyenik qaydalara düzgün əməl edək” layihəsi çərçivəsində elan olunmuş müsabiqələrin qaliblərinin mükafatlandırılması mərasimi olub.

Qeyd edək ki, “Bakı 2015” ilk Avropa Oyunları ərəfəsində keçirilən “Təmiz Binəqədi” sosial layihəsi çərçivəsində “Ən təmiz səhiyyə müəssisəsi” müsabiqəsi də elan edilib. Müsabiqədə iştirak edən səhiyyə müəssisələri arasında 3 tibb müəssisəsi – Ə.Məlikov adına 6 saylı Birləşmiş şəhər xəstəxanası, 20 saylı Uşaq poliklinikası və “HB Güvən” klinikası mükafatlandırılıblar. “Gigiyenik qaydalara düzgün əməl edək” layihəsi də məhz bu müsabiqə ilə əlaqədar gerçəkləşdirilib.

Rufik İSMAYILOV

Paylaş:

Facebook-da

Reklam

Xəbər lenti

Valyuta məzənnəsi

Tipi Ədə. Adı AZN
IRR 100 İran rialı 0.0045
GEL 1 Gürcü larisi 0.6836
GBP 1 İngilis funt sterlinqi 2.2277
TRY 1 Türk lirəsi 0.4644
KWD 1 Küveyt dinarı 5.6257
SEK 1 İsveç kronu 0.2086
EUR 1 Avro 2.0087
CHF 1 İsveçrə frankı 1.7328
USD 1 ABŞ dolları 1.7001