Binəqədi rayonunda Ümumdünya Əlillər Günü qeyd olunub

Binəqədi rayonunda Ümumdünya Əlillər Günü qeyd olunub

Cəmiyyət
03 Dekabr 2014, 18:13 958
Birləşmiş Millətlər Təşkilatının təşəbbüsü ilə dünya miqyasında keçirilən “3 Dekabr - Beynəlxalq Əlillər günü” Ümummilli Lider Heydər Əliyevin müvafiq sərəncamı ilə 1994-cü ildən etibarən Azərbaycanda da geniş şəkildə qeyd olunur. Bununla əlaqədar 03 dekabr 2014-cü il tarixində Binəqədi Rayon İcra Hakimiyyətinin təşkilatçılığı ilə rayon ərazisində yaşayan müxtəlif kateqoriyalı əlil ailələrinə baş çəkilib.

İcra hakimiyyətindən “Kaspi”yə bildirilib ki, əlillərlə görüşdə Binəqədi Rayon İcra Hakimiyyəti başçısının müavini Aygün Əliyeva, RİH başçısı Aparatının məsul əməkdaşları iştirak ediblər. Görüş zamanı Binəqədi Rayon İcra Hakimiyyəti başçısının müavini Aygün Əliyeva əlil ailələrinin evində olub. O, ölkəmizdə əlillərin sosial müdafiəsinə xüsusi diqqət yetirildiyini və əlilliyi olan şəxslərin maddi təminatının gücləndirilməsinin dövlət siyasətinin əsas istiqamətlərindən olduğunu bildirib. A. Əliyeva əlil ailələrinin problemlərini dinləyib və onlara Binəqədi RİH-nin hədiyyə və yardım sovqatını təqdim edib.
Ümumillikdə, bugün Binəqədi Rayon İcra Hakimiyyəti tərəfindən Rayon ərazisində yaşayan 200-dən çox əlilə hədiyyə və yardım sovqatı verilib.
R.İSMAYILOV