AZE | RUS | ENG |

Binəqədi rayonunda elmi-praktik konfrans keçirilib

Binəqədi rayonunda elmi-praktik konfrans keçirilib
Ümummilli lider Heydər Əliyevin rəhbər vəzifəyə gəlişinin 46-cı ildönümünə həsr edilən tədbirdə müxtəlif mövzularda məruzələr dinlənilib

Binəqədi Rayon İcra Hakimiyyətinin (BRİH), Yeni Azərbaycan Partiyası (YAP) Binəqədi Rayon Təşkilatının və Binəqədi Rayon Ziyalılar Cəmiyyətinin birgə təşkilatçılığı ilə ümummilli lider Heydər Əliyevin rəhbər vəzifəyə gəlişinin 46-cı ildönümünə həsr edilmiş elmi-praktik konfrans keçirilib. BRİH-dən “Kaspi”yə bildirilib ki, tədbirdə Rayon İcra Hakimiyyəti başçısının birinci müavini İlqar Süleymanov, Azərbaycanda Atatürk Mərkəzinin müdiri, millət vəkili, AMEA-nın müxbir üzvü, professor Nizami Cəfərov, millət vəkili, AMEA-nın müxbir üzvü, professor Bəxtiyar Əliyev, Naxçıvan MR-nın Bakıdakı Nümayəndəliyinin rəhbəri Bəxtiyar Əsgərov, Rayon İcra Hakimiyyəti başçısının müavinləri Vüsar İsmayılov və Aygün Əliyeva, YAP Binəqədi Rayon Təşkilatının sədri Ramiz Göyüşov, İcra Hakimiyyəti Aparatının bölmə müdirləri, YAP Binəqədi Rayon Təşkilatının fəalları, rayon ziyalıları və ictimaiyyətin nümayəndələri iştirak ediblər.
Konfransdan əvvəl iştirakçılar və qonaqlar ümummilli lider Heydər Əliyevin abidəsi önünə gül dəstələri qoyaraq ulu öndərə ehtiramlarını bildiriblər.
Tədbiri giriş sözü ilə açan BRİH başçısının birinci müavini İlqar Süleymanov 14 iyul 1969-cu il tarixinin əhəmiyyətindən danışıb. Müasir Azərbaycan tarixinin dönüş mərhələsini təşkil edən bu tarixin ulu öndər Heydər Əliyevin Azərbaycana rəhbərlik etdiyi böyük bir dövrün başlanğıcı olduğunu nəzərə çatdıran natiq ümummilli liderin Azərbaycan KP MK-ın I katibi seçilməsi ilə Azərbaycanın gələcək inkişafının fundamental strateji istiqamətlərinin müəyyənləşdirildiyini qeyd edib.
Daha sonra “Ümummilli liderin milli dil siyasəti" mövzusunda məruzə ilə çıxış edən professor Nizami Cəfərov ulu öndərin təkcə dövlət quruculuğu sahəsində deyil, milli quruculuqda da xalqa liderlik etdiyini vurğulayıb. Natiq məhz Heydər Əliyevin Azərbaycan KP MK-ın I katibi vəzifəsində çalışdığı illərdə onun təşəbbüsü ilə Azərbaycan dilinin inkişaf etdirilməsi məqsədilə bir sıra ardıcıl, strateji tədbirlərin həyata keçirildiyini nəzərə çatdıraraq, bu tədbirlərdən biri kimi Azərbaycan dilində nəşr edilən “Ədəbiyyat” qəzetinin və “Azərbaycan” jurnallarının tirajının artırılmasını və demək olar ki, ucqar kəndlərdə yaşayan hər bir sadə zəhmətkeş ailəsinə çatdırılmasını qeyd edib.
Millət vəkili Bəxtiyar Əliyev “Heydər Əliyev və Azərbaycan qanunvericiliyi” mövzusunda çıxış edərək Ulu Öndərin sovet dövründə Azərbaycana rəhbərlik etdiyi illərdə ölkəmizdə qanunvericiliyin inkişafı üçün gördüyü işlərdən, həmçinin Azərbaycançılıq ideologiyasının əsasını qoymasından bəhs edərək, bu uğurlu siyasətin bu gün də Prezident İlham Əliyev tərəfindən davam etdirildiyini qeyd edib.
“Naxçıvan MR-nın inkişafında Heydər Əliyevin rolu” mövzusunda məruzə edən Naxçıvan MR-nın Bakıdakı Nümayəndəliyinin rəhbəri Bəxtiyar Əsgərov XX əsrin 80-ci illərinin sonu, 90-cı illərinin əvvəlləri bütün Azərbaycanda, о cümlədən onun tərkib hissəsi olan Naxçıvanda ictimai-siyasi hadisələrin ən mürəkkəb dövründə Heydər Əliyevin xalqın azadlıq uğrunda apardığı mübarizəni qələbə ilə başa çatdırması üçün lazım olan siyasi təcrübəyə, diplomatik qabiliyyətə malik rəhbər kimi geri döndüyünü nəzərə çatdırıb. Natiq 12-ci çağırış Naxçıvan MSSR-in Ali Məclisinin 1990-cı ilin noyabr ayının 17-də Heydər Əliyevin sədrliyi ilə keçirilmiş ilk sessiyasında Naxçıvan Muxtar Sovet Sosialist Respublikasının adının dəyişdirilərək Naxçıvan Muxtar Respublikası adlandırılması, Naxçıvan MSSR Ali Sovetinin adının dəyişdirilərək Naxçıvan Muxtar Respublikasının Ali Məclisi adlandırılması, Azərbaycan Respublikasının milli istiqlal rəmzi olan üçrəngli dövlət bayrağının bərpası, onun Naxçıvan Muxtar Respublikasının dövlət bayrağı kimi qəbul edilməsi haqqında qərarların qəbul olunduğu barədə məlumat verib. B.Əsgərov həmçinin qeyd edib ki, ümumiyyətlə 1991-1993-cü illər arasında ümummilli lider Heydər Əliyev Naxçıvandakı hakimiyyəti dövründə Muxtar Respublikanı geniş tərəqqi yoluna çıxarmağı bacarıb.
Məruzələr başa çatdıqdan sonra Cəfər Cabbarlı adına İrəvan Azərbaycan Dövlət Dram Teatrının aktyorlarının ifasında Ümummilli lider Heydər Əliyevə həsr olunmuş şeirlər oxunub.
Tədbirə yekun vuran Rayon İcra Hakimiyyətinin başçısının birinci müavini İlqar Süleymanov Ümummilli lider Heydər Əliyevin əsasını qoyduğunu uğurlu siyasəti davam etdirən cənab Prezident İlham Əliyevə hər sahədə dəstək verməyin bir zərurət olduğunu nəzərə çatdırıb.

Paylaş:

Facebook-da

Xəbər lenti

Valyuta məzənnəsi

Tipi Ədə. Adı AZN
USD 1 1 ABŞ dolları 1.7
EUR 1 1 Avro 1.8829
GEL 1 1 Gürcüstan larisi 0.573
GBP 1 1 İngiltərə funt sterlinqi 2.1791
IRR 100 100 İran rialı 0.004
SEK 1 1 İsveç kronu 0.1738
CHF 1 1 İsveçrə frankı 1.7109
KWD 1 1 Küveyt dinarı 5.5993
TRY 1 1 Türkiyə lirəsi 0.289