“Binəqədi” qəzetinin iki yaşı tamam oldu

“Binəqədi” qəzetinin iki yaşı tamam oldu

Təfsilat
28 Yanvar 2015, 07:57 840
Binəqədi Rayon İcra Hakimiyyətinin “Binəqədi” qəzetinin 2 yaşı tamam olub. 2013-cü ilin yanvar ayında 12 illik fasilədən sonra fəaliyyətini bərpa edən “Binəqədi” qəzeti bu günə kimi 97 nömrəsi işıq üzü görüb. Qəzet həftəlik 8 səhifədə 2 min tirajla nəşr olunur. “Binəqdi” qəzeti iki illik fəaliyyəti dövründə ölkəmizdə və Binəqədi rayonunda baş verən ictimai -siyasi hadisələri və aparılan abadlıq quruculuq işlərini operativ olaraq işıqlandırıb.

Qeyd edək ki, qəzetin yaradılmasında əsas məqsəd dövlət orqanları və ictimaiyyətlə mətbuat arasında əlaqənin və etimadın möhkəmləndirilməsi, söz, fikir və məlumat azadlığına daha geniş imkanlar yaradılmasından ibarətdir. “Binəqədi” ictimai-siyasi qəzeti rayonda baş verən bütün dəyişiklikləri oxuculara çatdırmaqda güzgü rolunu oynamaqla yanaşı, ümumilikdə dövlət və cəmiyyət arasında qarşılıqlı əlaqələrin, vətəndaş münasibətlərinin formalaşmasında körpü rolunu oynamaq missiyasını yerinə yetirməyə çalışır.

Qəzetin baş redaktoru Rüfət Mərdanovu və kollektivi bu münasibətlə təbrik edir, onlara yaradıcılıq uğurları arzu edirik.