AZE | RUS | ENG |

“Beynəlxalq Ana Dili Günü”nə həsr olunmuş tədbir keçirilib

“Beynəlxalq Ana Dili Günü”nə həsr olunmuş tədbir keçirilib

Asəf Zamanov: “Hər il qeyd olunan Beynəlxalq Ana Dili Günü doğma dilin varlığını hiss etmək, onunla qürur duymaq, onu qorumaq, inkişaf etdirmək hüququnun olduğunu bir daha xatırladır”

Bakı Pedaqoji Kadrların İxtisasartırma və Yenidənhazırlanma İnstitutunda Binəqədi Rayon İcra Hakimiyyəti (BRİH) və Rayon Ziyalılar Cəmiyyətinin birgə təşkilatçılığı ilə Beynəlxalq Ana Dili Gününə həsr edilmiş tədbir keçirilib. BRİH-dən “Kaspi”yə bildirilib ki, ziyalıların, institutun professor-müəllim heyətinin, Binəqədi Rayon İcra Hakimiyyətinin, müdavim və tələbələrin, həmçinin KİV nüməyəndələrinin də iştirak etdiyi tədbiri giriş sözü ilə Ziyalılar Cəmiyyətinin sədri Asəf Zamanov açıb. O, tarixə nəzər salaraq bildirib ki, “Birləşmiş Millətlər Təşkilatının 1999-cu ilin noyabrında Banqladeş səfirinin təşəbbüsü əsasında belə bir qərar qəbul etməsi ötən əsrin ortalarında Pakistanda benqal dilinin sıxışdırılması zəminində baş verən hadisələrlə bağlı olub. Beləliklə, BMT-nin ali mədəniyyət qurumu olan UNESCO-nun 1999-cu ilin noyabrında keçirilmiş baş konfransında fevralın 21-i Beynəlxalq Ana Dili Günü elan olunub. Dünyada məhv olmaq təhlükəsi ilə üzləşən dillərin qorunması məqsədilə hər il keçirilən Beynəlxalq Ana Dili Günü doğma dilin varlığını hiss etmək, onunla qürur duymaq, onu qorumaq, inkişaf etdirmək hüququnun olduğunu bir daha xatırladır. 2003-cü ilin yanvar ayının 2-də isə ümummilli lider Heydər Əliyevin Fərmanı ilə "Azərbaycan Respublikasında Dövlət dili haqqında" Qanun qüvvəyə minib, qanunda dövlətin ana dilinə qayğısı sahəsindəki əsas vəzifələr dəqiq şəkildə göstərilib. Prezident İlham Əliyevin 12 yanvar 2004-cü il tarixli "Azərbaycan dilində latın qrafikası ilə kütləvi nəşrlərin həyata keçirilməsi haqqında" sərəncamı əsasında hər il latın qrafikalı Azərbaycan əlifbası ilə çap olunacaq əsərlərin siyahısı hazırlanır.
Rayon İcra Hakimiyyətinin məsul işçisi Elnur Məmmədov bildirib ki, ölkəmizdə Ana dilinin hərtərəfli inkişafı, işlək dilə çevrilməsi, beynəlxalq münasibətlər sisteminə yol tapması, ulu öndər Heydər Əliyevin dilin qorunmasına yönələn düşünülmüş siyasətinin nəticəsidir.
Tədbirdə İnstitutun Azərbaycan dili və ədəbiyyatı kafedrasının müdiri, filologiya elmləri doktoru Aydın Paşayev, Pedaqogika kafedrasının dosenti Allahverdi Eminov və başqaları çıxış edərək Azərbaycan dilində yaradılmış ədəbiyyat nümunələrindən, tarixi əsərlərdən, dilin müasir tədris vəziyyətindən söz açaraq, KİV-də, həmçinin ictimai həyatda dilimizin qorunmasının vacibliyini vurğulayıblar.

R.İSMAYILOV

Paylaş:

Facebook-da

Xəbər lenti

Valyuta məzənnəsi

Tipi Ədə. Adı AZN
USD 1 1 ABŞ dolları 1.7
EUR 1 1 Avro 1.8829
GEL 1 1 Gürcüstan larisi 0.573
GBP 1 1 İngiltərə funt sterlinqi 2.1791
IRR 100 100 İran rialı 0.004
SEK 1 1 İsveç kronu 0.1738
CHF 1 1 İsveçrə frankı 1.7109
KWD 1 1 Küveyt dinarı 5.5993
TRY 1 1 Türkiyə lirəsi 0.289