AZE | RUS | ENG |

“Bələdiyyə vergi informasiya sistemi” layihəsinin müzakirəsi keçirilib

“Bələdiyyə vergi informasiya sistemi” layihəsinin müzakirəsi keçirilib

“Bələdiyyələrin statusu haqqında” Qanunda dəyişiklik edilməsi barədə Azərbaycan Prezidenti İlham Əliyev tərəfindən imzalanmış 16 dekabr 2014-cü tarixli Qanununa əsasən bələdiyyələr tərəfindən yerli vergi və ödənişlərin nağd şəkildə qəbul olunması qadağan olunub. Dövlətə vergilərin ödənilməsinin vacibliyini nəzərə alaraq Binəqədi Rayon İcra Hakimiyyətində (BRİH) vətəndaşlarda tədricən vergi mədəniyyətinin formalaşdırılması vərdişlərini yerli özünü idarəetmə orqanları vasitəsilə formalaşdırmaq üçün müvafiq tədbirlərin müzakirəsinə həsr olunmuş görüş keçirilib. BRİH-dən “Kaspi”yə bildirilib ki, İcra Hakimiyyəti başçısının birinci müavini İlqar Süleymanov, BRİH-in məsul şəxsləri və Vergilər Nazirliyinin rəsmiləri arasında keçirilən görüşdə ödəyicilərin maarifləndirilmə işlərinin müasir İKT-nin imkanlarından istifadə olunmaqla təşkil edilməsi müzakirə edilib. Bələdiyyə vergilərinin toplanmasında problemlərin aradan qaldırılması, onların fəaliyyətinin müasirləşdirilməsi, xüsusilə də vergi və rüsumların toplanması işinin təkmilləşdirilməsi obyektiv zərurətə çevrildiyindən elektron xidmətlər göstərən dövlət orqanı kimi Vergilər Nazirliyi “Bələdiyyə vergi informasiya sistemi” (BVİS) layihəsinin reallaşdırılmasına başlanıb. Layihənin əsas məqsədi bələdiyyələrdə avtomatlaşdırılmış vergi informasiya sisteminin yaradılması və bələdiyyələrin istismarında olan informasiya sisteminin VÖEN altsistemində yerli (bələdiyyə) vergilərinin ödəyiciləri olan fiziki şəxslərin özlərinin və əmlaklarının uçotunun aparılması üçün tətbiq edilən xüsusi proqram tərtibatının həyata keçirilməsidir.
BVİS sistemini tətbiq etdikdən sonra vergi ödəyicilərini təkrar uçota alınması halları da tamamilə aradan qaldırılacaq. Digər önəmli məqam isə güzəşt hüququ olan vətəndaşlarla bağlıdır. Belə ki, müxtəlif bələdiyyələrin ərazisində daşınmaz əmlakı olan vətəndaş güzəşt hüququnu təsdiq edən sənədi hər bələdiyyəyə təqdim etməklə güzəşt əldə etmiş olurdu. Vahid baza yaradıldıqdan sonra isə vətəndaşın güzəşt hüququnun hansı bələdiyyə ərazisində və hansı əmlakına tətbiq edildiyi barədə məlumatı əldə etmək mümkün olacaq.

R.İSMAYILOV

Paylaş:

Facebook-da

Xəbər lenti

Valyuta məzənnəsi

Tipi Ədə. Adı AZN
USD 1 1 ABŞ dolları 1.7
EUR 1 1 Avro 1.8829
GEL 1 1 Gürcüstan larisi 0.573
GBP 1 1 İngiltərə funt sterlinqi 2.1791
IRR 100 100 İran rialı 0.004
SEK 1 1 İsveç kronu 0.1738
CHF 1 1 İsveçrə frankı 1.7109
KWD 1 1 Küveyt dinarı 5.5993
TRY 1 1 Türkiyə lirəsi 0.289