Bağça uşaqları üçün Yeni İl şənliyi təşkil olunub

Bağça uşaqları üçün Yeni İl şənliyi təşkil olunub

Təfsilat
29 Dekabr 2014, 15:14 1310
Binəqədi rayonunda bağça uşaqları üçün Yeni İl şənliyi təşkil olunub. Binəqədi qəsəbəsi Mərkəzi Mədəniyyət Evində gerçəkləşən tədbirdə Binəqədi Rayon İcra Hakimiyyəti başçısının müavini Aygün Əliyeva, RİH başçısı Aparatının məsul işçiləri, rayon bağçalarının uşaqları iştirak ediblər.

Tədbirdə Azərbaycan Dövlət Akademik Milli Dram Teatrı aktyor truppasının ifasında uşaqların böyük maraq və sevinclə qarşıladığı “Tıq-tıq xanımın nağılı” səhnələşdirilib. Tədbirin sonunda uşaqlara yeni il hədiyyələri təqdim edilib.

R.İSMAYILOV