AZE | RUS | ENG |

Aytac Əliyeva: “Heç bir gəncəli öz Gəncəsini düşmənə təslim etməz”

Aytac Əliyeva: “Heç bir gəncəli öz Gəncəsini düşmənə təslim etməz”
"Heç bir gəncəli böyük xilaskar, ulu öndər Heydər Əliyevin memarı olduğu sabitliyə qarşı çıxmaz, çıxmır da! Heç bir gəncəli ölkəsinin ali rəhbərinə, Prezident İlham Əliyevə qarşı oynanılan oyunun oyunçusu ola bilməz, olmur da! Heç bir gəncəli öz Gəncəsini düşmənə təslim etməz, etmir də!”
 
Bu barədə Yeni Azərbaycan Partiyası (YAP) Gənclər Birliyinin sədr müavini, Binəqədi Qəsəbə Bələdiyyəsinin sədri Aytac Əliyeva bildirib. O, xaricdə oturub Azərbaycan daxilində iğtişaş törətmək istəyənləri üzdəniraq adlandıraraq qeyd edib ki, belələrinin təxribatçı çabaları heç zaman nəticə verməyəcək. A.Əliyeva deyib ki, xarici qüvvələrin əlində alətə çevrilənlərin məkrli ssenariləri Azərbaycan üçün yazılsa da, ölkəmizdə oynanıla bilməyəcək: "Gəncə Cümhuriyyətimizin ilk paytaxtı, Cavadxan ocağı, Azərbaycanın ən böyük 3 şəhərindən biri, 90-cı illərin əvvəllərində bir qrup siyasət işbazının öz məkrli oyunlarını oynadığı məkan olub. Müasir günümüzdə ölkədə sabitliyi pozmaq istəyənlər bu şəhərdən özlərinə meydan kimi istifadə etməyə çalışdılar. Cümhuriyyətimizin 100 illik təntənəsini yaşadığımız bir zamanda elə Cümhuriyyətin ilk paytaxtı olan Gəncədə bir qrup din pərdəsi altında gizlənmiş, əslində isə ölkəmizə qarşı çevrilmiş, onun inkişafını həzm etməyən, erməni lobbisinin və onların xarici havadarlarının alətinə çevrilmiş işbazlar sabitliyi pozmağa çalışır, dini çağırışlar edərək, vətəndaş qırğını törətmək istəyirlər. Lakin onlar unudurlar ki, əsl Gəncə təəssübkeşləri 90-cı illərdəki məlumatsız insan deyil, daha sağlam düşünə bilən və öz dədə-baba ocaqlarını qoruya bilən gəncəlilərdir! Tarix təkrarlanırmı? Növbəti qardaş qırğınınamı gedilir?! Əsla! Çünki müasir Azərbaycan XX əsrin son dekadasındakı kimi zəif və gücsüz deyil! Çarəsiz heç deyil! Əgər o dövrdə Gəncədə qardaş qırğını törədildisə, bu gün "nostalji hisslərlə" yola çıxıb buna cəhd etmək çox gülüncdür. Belə məkrli ssenarilər heç zaman baş tutmayacaq. Çünki, Azərbaycan güclü dövlətdir. Ulularımız yaxşı deyib: İt hürər, karvan keçər. Azərbaycan adlı karvan isə hələ çox sabahlara, zəfərlərə qucaq açacaq, zamanın sınaqlarından alnıaçıq çıxacaqdır!”

Paylaş:

Facebook-da

Reklam

Xəbər lenti

Valyuta məzənnəsi

Tipi Ədə. Adı AZN
IRR 100 İran rialı 0.0040
GEL 1 Gürcü larisi 0.6495
GBP 1 İngilis funt sterlinqi 2.2236
TRY 1 Türk lirəsi 0.2688
KWD 1 Küveyt dinarı 5.6152
SEK 1 İsveç kronu 0.1934
EUR 1 Avro 1.9967
CHF 1 İsveçrə frankı 1.7715
USD 1 ABŞ dolları 1.7000