• cümə, 29 Mart, 12:59
  • Baku Bakı 14°C

Aysel Məmmədova finala adlaya bilməyib

09.05.18 09:20 1044
Aysel Məmmədova finala adlaya bilməyib
Azərbaycan təmsilçisi Aysel Məmmədova "Eurovision-2018” mahnı müsabiqəsinin final mərhələsinə adlaya bilməyib.
AZƏRTACxəbər verir ki, ilk yarımfinalda "X my heart" mahnısı ilə çıxış edən Aysel Məmmədova televiziya tamaşaçılarının və peşəkar münsiflər heyətinin səsverməsi nəticəsində müsabiqədən kənarda qalıb.
"X my heart” mahnısını yunan bəstəkar və prodüser Dimitros Kontopulos və isveçli Sandra Byorman yazıblar.
Avstriya, Estoniya, Kipr, Litva, İsrail, Çexiya, Bolqarıstan, Albaniya, Finlandiya və İrlandiya final mərhələsinə keçib.
Bu il müsabiqəyə 43 ölkə qatılıb. "Eurovision-2018"in ikinci yarımfinalı mayın 10-da, final mərhələsi isə mayın 12-də baş tutacaq.
Böyük beşlik ölkələri (Fransa, Almaniya, İtaliya, İspaniya və Böyük Britaniya) və müsabiqənin ev sahibi olan Portuqaliya ilə birlikdə finalda qalib adı uğrunda 26 iştirakçı yarışacaq.
Qeyd edək ki, "Eurovision-2017” mahnı müsabiqəsinin qalibi Portuqaliya təmsilçisi Salvador Sobral olub. O, "Amar pelos dois” mahnısı ilə 758 xal toplayaraq müsabiqənin qalibi adını qazanıb.
banner

Oxşar Xəbərlər