• cümə axşamı, 25 aprel, 14:55
  • Baku Bakı 23°C

Ayrapetyan Azərbaycanla bağlı sualdan sonra “ağladı

12.01.18 17:50 941
Ayrapetyan Azərbaycanla bağlı sualdan sonra “ağladı
Ermənistan Futbol Federasiyasının prezidenti Ruben Ayrapetyan Azərbaycan futbolu ilə bağlı sualı cavablandırıb.
Kaspi.az xəbər verir ki, "Sputnik Armenia"nın yaydığı məlumata görə, mətbuat konfransında federasiya başçısına "Nəyə görə Azərbaycan klubları Çempionlar Liqasının qrup mərhələsinə düşür, ancaq Ermənistan klubları yox" sualı verilib. Ayrapetyan suala belə cavab verib:
"Yaxın zamanda Ermənistan klublarının Çempionlar Liqasının qrupuna düşmək şansı yoxdur. Ona görə ki, ÇL-in qrupunda oynamaq üçün böyük məbləğdə pul lazımdı, bu isə bizdə yoxdur. Azərbaycanlı iş adamları futbolu bizim biznesmenlərdən çox sevirlər”.
Xatırladaq ki, Ağdamın "Qarabağ” klubu Azərbaycan futbolu tarixində ilk dəfə olaraq cari mövsümdə ÇL-in qrup mərhələsində mübarizə aparıb.
banner

Oxşar Xəbərlər