• çərşənbə axşamı, 23 aprel, 20:11
  • Baku Bakı 20°C

“Ayna” və “Zerkalo” qəzetləri bağlanır

30.05.14 16:16 1209
“Ayna” və “Zerkalo” qəzetləri bağlanır
“Ayna” və “Zerkalo” qəzetləri fəaliyyətini dayandırır. Mayın 31-də bu qəzetlər satışda olacaq. Bundan sonra isə fəaliyyətini dayandıracaq.
Mayın 30-u “Ayna” və “Zerkalo” qəzetlərində sonuncu iş günüdür.
Məlumatı “Hafta.az” saytı yayıb.
Sözügedən qəzetlərin baş redaktoru Elçin Şıxlı “Hafta.az”a deyib ki, qəzetlərin işinin dayandırılması maddi problemlə əlaqədardır: “Mütəmadi şəkildə 3 ildir ki, redaksiyada ixtisarlar aparırıq. Sonuncu dəfə iki həftə əvvəl ixtisar oldu”.
May ayının əvvəlində “Ayna” və “Zerkalo” qəzetləri dövriliyini azaltmış, rus dilində gündəlik nəşr olunan “Zerkalo” həftədə bir dəfəyə keçmişdi. Azərbaycan dilində çıxan “Ayna” həftəliyinin isə ayda bir dəfə işıq üzü görməsi qərara alınmışdı.
banner

Oxşar Xəbərlər