• cümə, 19 Aprel, 18:27
  • Baku Bakı 24°C

Çayları ölçməyə başladılar

15.07.13 08:51 1815
Çayları ölçməyə başladılar
Bu gündən etibarən Ekologiya və Təbii Sərvətlər Nazirliyi Böyük və Kiçik Qafqazın dağ çaylarında ölçü işlərinə başlayır. Ekologiya və Təbii Sərvətlər Nazirliyi Milli Hidrometeorologiya Departamentinin Hidrometeoroloji Proqnozlar Bürosunun baş hidroloqu Asif Verdiyev APA-ya açıqlamasında deyib k, iyulun 19-dək iki istiqamətdə aparılacaq ölçü işlərinin əsas məqsədi aprel-may-iyun aylarında çaylardan keçən daşqınlara görə maksimal su sərflərini təyin etməkdir.
A. Verdiyevin sözlərinə görə, 3 ay ərzində Böyük və Kiçik Qafqazın bəzi çaylarından qısamüddətli daşqın və sellər keçib: “Həmin o sellərin izinə görə ölçü işləri aparılacaq. Daşqın keçən çayların profilləri çıxarılacaq, onun orta dərinliyi, sürəti, eni öyrəniləcək. Əsas ölçü işləri Böyük Qafqazın Balakən, Şəki ərazisindən, o cümlədən Kiçik Qafqazın ərazisindən axan çaylarda aparılacaq. İyulun 19-da ölçü işləri başa çatdırılacaq və bundan sonra hesablama işləri aparılacaq. İyulun 20-dən sonra ölçü işlərini nəticələri barədə ilkin məlumatlar veriləcək”.
A. Verdiyev qeyd edib ki, dağ çaylarında ölçü işləri hər il ənənəvi olaraq həyata keçirilir. Bu il ilkin mərhələdə ölçü işləri Balakən, Şəki bölgəsi çayları və Kiçik Qafqazın çaylarında, sonrakı mərhələdə isə Oğuz-Qəbələ, Quba-Qusar, Lənkəran-Astara bölgəsi çaylarında aparılacaq.
banner

Oxşar Xəbərlər