• cümə, 19 Aprel, 19:56
  • Baku Bakı 24°C

Çaylarda suyun səviyyəsi kəskin artıb

13.05.15 06:54 797
Çaylarda suyun səviyyəsi kəskin artıb
Yağışlar nəticəsində Azərbaycan çaylarında suyun səviyyəsi kəskin artıb

Son günlər ölkə ərazisində yağan yağışlar nəticəsində daxili və transsərhəd çaylarında suyun səviyyəsi artıb. Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentinin Hidrometeoroloji Proqnozlar Bürosunun baş hidroloqu Asif Verdiyev APA-ya açıqlamasında deyib ki, Gürcüstanda və Türkiyədə yağan yağışlar nəticəsində də Kür, Araz və Qanıx çaylarında suyun səviyyəsində artım qeydə alınıb. Onun sözlərinə görə, çaylarda gursululuq dövrü hazırda da davam etməkdədir: “Hələki çaylarda daşqın, sel təhlükəsi yoxdur. Lakin yağan yağışlarla əlaqədar çaylarda suyun səviyyəsində kəskin artım müşahidə olunub. Bu da müvəqqəti xarakterlidir”.
A.Verdiyev qeyd edib ki, hazırda əsasən Kür və Qanıx çayında artım müşahidə edilir. Belə ki, bu gün Kür çayında suyun səviyyəsi 12 sm (Gürcüstandan gələn hissədə), Qanıx çayında isə 58 sm artıb. Lakin bu rəqəmlər əvvəlki illərlə müqayisədə o qədər də yüksək deyil, əksinə aşağıdır”.
banner

Oxşar Xəbərlər