• cümə axşamı, 28 mart, 22:45
  • Baku Bakı 13°C

Çaylarda sululuq səviyyəsi açıqlandı - Son 10 gün üzrə

23.07.17 10:15 830
Çaylarda sululuq səviyyəsi açıqlandı - Son 10 gün üzrə
Son 10 gün üzrə çaylarda sululuq səviyyəsi açıqlanıb. Trend-ə Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentinin verilən məlumata görə, hazırda Böyük Qafqazın Quba-Xaçmaz bölgəsi çaylarında sululuq ongünlük normanın 50-70, Kiçik Qafqazın çaylarında 40-100, Lənkəran-Astara bölgəsi çaylarında 40, Naxçıvan MR çaylarında isə 60 faizini təşkil edir.
Tranzit çaylarda hazırki vəziyyətə gəlincə, iyulun 21-də Kür çayının Qıraqkəsəmən məntəqəsində suyun səviyyəsində dəyişiklik müşahidə olunmayıb. Hazırda məntəqədə su sərfi 68 m3/s olmaqla ongünlük normanın 44 faizini təşkil edir. 2016-cı ildə isə bu rəqəm 100 m3/s olmaqla ongünlük normanın 65 faizini təşkil edib.
Qanıx çayının Əyriçay məntəqəsində suyun səviyyəsində 9 sm azalma müşahidə olunub. Hazırda məntəqədə su sərfi 40,5 m3/s olmaqla, ongünlük normanın 46 faizini təşkil edir. 2016-cı ildə isə bu göstərici 105 m3/s təşkil edərək ongünlük normanın 119 faizinə bərabər olub.
Kür çayının aşağı axınında hazırki vəziyyətə gəlincə, iyulun 21-də Kür çayının aşağı axınında suyun səviyyəsində əsasən mühüm dəyişiklik müşahidə olunmayıb. Belə ki, Kür çayının Surra və Şirvan məntəqəsində 2, Salyanda 3 sm azalma, Araz çayının Novruzlu məntəqəsində 3 sm artım qeydə alınıb, Bankədə isə suyun səviyyəsində dəyişiklik müşahidə olunmayıb.
Hazırda Surra məntəqəsində suyun səviyyəsi 318 sm (2016-cı il iyulun 21-də 357 sm), Şirvanda 163 sm, Salyanda 77 sm (2016-cı il iyulun 21-də 127 sm), Bankədə 167 sm (2016-cı il iyulun 21-də 185 sm), Araz çayının Novruzlu məntəqəsində isə 43 sm (2016-cı il iyulun 21-də 68 sm) təşkil edir.
banner

Oxşar Xəbərlər