• cümə, 29 Mart, 13:42
  • Baku Bakı 14°C

Çaylarda aparılan monitorinqin nəticələri açıqlanıb

12.11.18 12:30 507
Çaylarda aparılan monitorinqin nəticələri açıqlanıb
Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Ətraf Mühit üzrə Milli Monitorinq Departamenti Kür və Araz transsərhəd çaylarının, həmçinin onların transsərhəd qollarının çirklənmə vəziyyətini öyrənmək məqsədilə noyabrda növbəti monitorinq həyata keçirib.
Nazirliyin mətbuat xidmətindənAZƏRTAC-a bildiriblər ki, noyabrın birinci ongünlüyündə Kür çayında suyun sərfi oktyabrın üçüncü ongünlüyünə nisbətən saniyədə 47,9 kubmetr artaraq 147 kubmetr təşkil edib.
Monitorinqin nəticələrinə əsasən, Gürcüstan və Ermənistan ərazilərindən təmizlənmədən birbaşa su obyektlərinə axıdılan məişət tullantıları və sənaye müəssisələrinin çirkab sularının təsiri nəticəsində Kür çayı Şıxlı-2, Ağstafaçay, Ağstafa su anbarında, Araz çayının Horadiz, Bəhramtəpə və I Şahsevəndə məntəqələrində biogen və spesifik çirkləndiricilərin miqdarının normadan dəfələrlə çox olması müşahidə olunub.
Noyabrın birinci ongünlüyündə aparılan monitorinqlərin fiziki-kimyəvi analiz nəticələrinə görə suyun tərkibindəki fenollar Şıxlı-2 məntəqəsində 2,1, Ağstafaçayın Qazax rayonu ərazisindən keçən hissəsində 2,3, Ağstafa su anbarının Qazax rayonunun Xanlıqlar kəndindən keçən hissəsində 1,1, Araz çayı üzrə Horadizdə, Bəhramtəpədə və I Şahsevəndə 2,1-2,2, biogen maddələrdən nitritlərin miqdarı isə 1,5-1,9 dəfə yol verilən qatılıq həddini (YVQH) keçib.
Suyun oksigen rejimi bütün məntəqələrdə 5,83-6,20 milliqram/litr arasında olmaqla sanitar norma daxilində dəyişib.
banner

Oxşar Xəbərlər