• cümə, 19 Aprel, 10:45
  • Baku Bakı 13°C

AYİB: Azərbaycan iqtisadiyyatı 2019-cu ildə 3,5 faiz artacaq

01.11.18 16:46 1008
AYİB: Azərbaycan iqtisadiyyatı 2019-cu ildə 3,5 faiz artacaq
Avropa Yenidənqurma və İnkişaf Bankı (AYİB) Azərbaycanda iqtisadi artımı 2018-ci ildə 1,5 faiz, 2019-cu ildə 3,5 faiz səviyyəsində proqnozlaşdırır.
Trend-in məlumatına görə, bu barədə bankın "Regional iqtisadi perspektivlər: ticarət münaqişələrinin kölgəsində" hesabatında deyilir.
Hesabatda qeyd olunur ki, Azərbaycan iqtisadiyyatının bərpası makroiqtisadi sabitliyin təmin olunması üzrə tədbirlər və yüksək neft qiymətləri ilə dəstəklənir.
Hesabat müəllifləri vurğulayır ki, Dövlət Neft Fondunun aktivlərinin və Mərkəzi Bankın beynəlxalq ehtiyatlarının ümumi həcmi 44,5 milyard dollar təşkil edib ki, bu da ötən ilin sonu ilə müqayisədə 8,2 faiz çoxdur:
"Manatın dollara nisbətən məzənnəsi 2017-ci ilin aprelindən sabit səviyyədə qalıb. İnflyasiyanın artım templəri 12,9 faizdən 2,6 faizədək düşüb”.
AYİB ekspertləri həmçinin qeyd edib ki, Azərbaycanın qaz hasilatı və ixracının genişlənməsi iqtisadi artımı dəstəkləyəcək.
banner

Oxşar Xəbərlər