• cümə axşamı, 25 aprel, 06:30
  • Baku Bakı 14°C

Aygün Kazımovaya diplomatik pasport verilib

21.08.13 13:57 1639
Aygün Kazımovaya diplomatik pasport verilib
Xalq artisti Aygün Kazımovaya diplomatik pasport verilib. Bu barədə AzNews.az məlumat yayıb.
Xəbərə görə, A. Kazımova diplomatik pasportu ötən il noyabrın 1-də əldə edib.
Xalq artisti bu günə qədər bu pasportdan 15 dəfə istifadə edib. Pasportda olan möhürlərdən bəlli olur ki, A. Kazımovanın diplomatik pasportla etdiyi səfərlər əsasən Türkiyəyə, bir dəfə isə Rusiyaya olub.
Sayt A. Kazımovanın diplomatik pasportunun seriya nömrəsini də təqdim edib: S0120909
A.Kazımovanın prodüseri Almaz Mustafayeva məlumatı təsdiqləyib. O deyib ki, həqiqətən də xalq artistinin diplomatik pasportu var.
Xatırladaq ki, qanunvericilikdə xalq artistlərinə diplomatik pasportun verilməsi nəzərdə tutulmayıb. Bu baxımdan, A.Kazımovanın bu pasportu necə alması maraqlıdır.
Sayt Xarici İşlər Nazirliyindən məsələyə münasibət öyrənə bilməyib.
banner

Oxşar Xəbərlər