• şənbə, 20 Aprel, 11:43
  • Baku Bakı 14°C

Aygün Kazımovanın qardaşının yeni cinayətləri məhkəmədə

30.08.13 12:16 1429
Aygün Kazımovanın qardaşının yeni cinayətləri məhkəmədə
Bakı Ağır Cinayətlər Məhkəməsində xalq artisti Aygün Kazımovanın dələduzluqda təqsirləndirilən qardaşı, "Əsgəroğlu-K" MMC-nin direktoru Kazım Kazımov, satış meneceri Yaqub Kiyasov və mühasib Olqa Valentinanın cinayət işi üzrə məhkəmə başlayıb
Trend-in məlumatına görə, hakim Əlisoltan Osmanovun sədrliyi ilə keçirilən prosesdə təqsirləndirilən Kazım Kazımov ifadə verməkdən imtina edib. Buna görə də prosesdə zərərçəkmiş şəxslər ifadə veriblər. Onlar mənzil alması üçün pul ödəsələr də, mənzillərini ala bilmədiklərini bildiriblər. Prosesdə 10-dan çox zərərçəkmiş ifadə verib.
Proses sentyabrın 11-də davam etdiriləcək.
Təqsirləndirilən şəxslər Cinayət Məcəlləsinin 178.3.2-ci (dələduzluq - külli miqdarda ziyan vurmaqla törədildikdə) və 178.2.4-cü (dələduzluq - xeyli miqdarda ziyan vurmaqla törədildikdə) maddələri ilə təqsirli biliniblər. Bakı şəhərində tikinti işləri ilə məşğul olan Kazım Kazımov və Yaqub Kiyasov vətəndaşlara külli miqdarda ziyan vurmaqda, bir mənzili bir neçə nəfərə sataraq, dələduzluq əməlləri törətməkdə ittiham olunublar.
Təqsirləndirilən şəxslərin cinayət işinə bir müddət əvvəl Bakı Ağır Cinayətlər Məhkəməsində baxılıb və məhkəmənin hökmü ilə Kazım Kazımov 10 il, Y. Kiyasov 9 il, Olqa Valentina 7 il müddətinə azadlıqdan məhrum ediliblər.
Bundan sonra təqsirləndirilən şəxslərin cinayət işi üzrə istintaq hərəkətləri davam edib.
İstintaqın gedişi zamanı təqsirləndirilən şəxslərin yeni cinayət əməlləri üzə çıxıb. Buna görə də onların cinayət işi üzrə materiallar yenidən baxılması üçün Bakı Ağır Cinayətlər Məhkəməsinə göndərilib.
banner

Oxşar Xəbərlər