• cümə axşamı, 25 aprel, 03:52
  • Baku Bakı 19°C

Aygün Kazımovanı məhkəməyə verdilər

27.06.13 13:41 1414
Aygün Kazımovanı məhkəməyə verdilər
İlhamə Quliyeva həmkarı Aygün Kazımovanın onun haqqında söylədiyi fikirlərə münasibət bildirib.
Axşam.az-ın məlumatına görə, o, “Qafqazinfo”ya açıqlamasında Aygünü məhkəməyə verdiyini bildirib:
“Bu addımı Aygündən gözləmək olardı. Çünki birinci dəfə deyil ki, bu sənətçi düşünmədən ağlına gələni danışır. Hər kəs öz səviyyəsini göstərir. Hər kəs bilir ki, Aygün Kazımova sənətindən çox, qalmaqalları ilə gündəmdə qalıb. Özündən böyükdür, kiçikdir deməyib, xalqın sevgisini qazanan həmkarlarına söz atıb. Onu bu addımları atmağa həm içində öldürə bilmədiyi paxıllıq hissi, həm də gündəmdə qalmaq istəyi vadar edib. Azərbaycan sənətçisi adına ləkə gətirdiyimi deyən Aygün, ola bilər ki, sənin yaddaşında problemlər var, amma mən və hər kəs çox yaxşı xatırlayırıq ki, sən necə sənətə gəlmisən. Nə tez unutdun açıq-saçıq çəkdirdiyin şəkilləri, nə tez unutdun əsgərlərin qarşısında qısa paltarda rəqs elədiyini...
Bu siyahını davam etdirmək nə sənin xeyrinə olar, nə də mənim statusuma və tərbiyəmə yaraşar. Unutma ki, dəfələrlə həddini aşdığın məqamlarla bağlı çox insanlara yalvarmısan. Onların vasitəsi ilə ayağıma gəlib, məndən üzr istəmisən. Bilirəm ki, həmişəki kimi depressiyadasan. Sənin şəxsi həyatında və sənətində itərəcəyin heç bir şey qalmayıb. Özünə gələndən sonra başa düşərsən ki, nə boyda müşkülə düşmüsən. Səni dəfələrlə bağlamışam. Budəfəki hərəkətin isə bağışlanmazdır. Gördüyün kimi, mən sənə elə xanım kimi cavab verdim. Sən isə hüquq-mühafizə orqanları qarşısında cavab verəcəksən. Sən mənə yox, mənim Şöhrət ordenimə, Dünya Sülh Səfiri tituluma sataşmısan. Bunların da cəzası sənin üçün ağır olacaq. ALLAH köməyin olsun!”
banner

Oxşar Xəbərlər