• cümə axşamı, 28 mart, 20:32
  • Baku Bakı 13°C

Aygün Kazımova: “ Snup Dogla konsertimiz sual altındadır”

07.06.13 13:08 1582
Aygün Kazımova: “ Snup Dogla konsertimiz sual altındadır”
Son günlər Türkiyədə baş verən məlum hadisələr bir çox müğənnilərin planlarını pozub. Xalq artisti Aygün Kazımovanın əcnəbi duet ortağı Snup Dogla (Snoop Dogg) İstanbuldakı konserti baş tutmaya da bilər.
Türkiyədə olan Aygün Kazımova bununla bağlı fikirlərini Lent. az-la bölüşüb: “Bu günə nəzərdə tutulan konsert sual altındadır. İstanbulda baş verən mitinqlərlə bağlı Tarkanın, Handa Yenerin, Halil Sezainin də konsertləri təxirə salınıb. Bundan Snup Dog da çox narahatdır.
Layihəmiz tamamlanmaq üzrədir. Albomun üz qabığında Snupla şəklimiz olacaq. Şəkil Hollivudda çəkilib. Klip hazırdır. Alboma həm orijinal həm də on bir əlavə remiks daxildir. Bunlar Avropanın və Türkiyənin tanınmış DJ - lərinə məxsusdur. Albomda “Coffee From Columbia” mahnısının radio versiyası da var. Mahnını hit adlandırmaq olar. Bunu mən yox, dinləyənlər deyir.”
banner

Oxşar Xəbərlər