• cümə axşamı, 28 mart, 19:06
  • Baku Bakı 13°C

Aygün Kazımova nişan üzüyünü qaytardı

20.10.14 16:45 1644
Aygün Kazımova nişan üzüyünü qaytardı
Bir neçə gün öncə nişanlandığını deyən xalq artisti Aygün Kazımova ona verilən üzüyü geri qaytarıb. Lent.az-ın məlumatına görə, xalq artisti dj Kazımın 106.3 fm-də aparıcılıq etdiyi “Günorta efiri”nə telefon bağlantısından imtina edərək aparıcıya sms yazıb, sevgilisindən ayrıldığını deyib: “Hər şey başlamadan bitdi. Sevgi mənə görə deyil. Alınmır məndə. Nə qədər çətin olsa da, etiraf edirəm, sevgim bitdi. Şəxsi həyatımda qalxıb, düşmə nöqtəsindəyəm. Hər zaman olduğu kimi yenə də başımı yaradıcılıq işimlə qatıram. İfa etdiyim “Sənə xəstəyəm” mahnısını bu gündən etibarən dinləyicilərin ixtiyarına verdim. Tez başlayıb, tez bitən sevgim barəsində çox danışmaq istəmirəm”.
Xatırladaq ki, A.Kazımovanın haqqında danışdığı şəxs biznesmen Fikrətdir. Atası Almaniyada yaşayan məmurdur. Cütlük İstanbulda tanış olub.
Qeyd edək ki, A.Kazımova oktyabrın 17-də nişanlandığını sosial şəbəkədə qeyd etmişdi.
banner

Oxşar Xəbərlər