• çərşənbə, 24 Aprel, 23:51
  • Baku Bakı 23°C

Aygün Kazımova: “Minsifət olaq ki, bizi başa düşsünlər?”

02.04.14 15:44 1074
Aygün Kazımova: “Minsifət olaq ki, bizi başa düşsünlər?”
Xalq artisti Aygün Kazımova müğənni Nadir Qafarzadəni müdafiə edib.
Axşam.az-ın məlumatına görə, N.Qafarzadənin ətrafında baş verən qalmaqallar müğənnini əsəbiləşdirib. 106.3 FM-də yayımlanan “Müleyli” şousuna telefonla qoşulan A.Kazımova bunları deyib:
“Nə vaxta qədər mərdi qova-qova namərd edəcəyik? İnsan düz danışırsa, niyə pis olmalıdır? Gərək çıxıb efirdə ikiüzlülük edək, minsifət olaq ki, bizi başa düşsünlər? Nadir üzr istədi. Əl çəkin ondan! İndi efirdən düşməyənlər, Hüseyn Dəryaya dost deyənlər sağlığında harda idilər? O pis vəziyyətdə olanda niyə yanında bir dostu yox idi? Pərəstişkarları ona indi dəyər verir. Sağlığında, Hüseynin ehtiyacı olanda bu qayğını göstərəydiniz də! Yazıq Hüseynin hələ qırxı çıxmayıb. Nə istəyirsiniz ondan? Qoyun ruhu şad olsun da! Efir xatirinə onun adından istifadə edib, özünü mələk cildinə salanlar! Bəsdirin! Nadirə artist deyirlər. Artist elə onların özləridir”.
banner

Oxşar Xəbərlər