• cümə, 29 Mart, 15:50
  • Baku Bakı 14°C

Aygün Bəylər erməni məclisində?

16.12.13 13:49 5913
Aygün Bəylər erməni məclisində?
Əməkdar artist Aygün Bəylər dekabr ayının 17-də Qriqori adlı imkanlı erməninin evində düzənlədiyi məclisdə iştirak edəcək. Aygün dekabrın 18-də isə “Qoluboy ozera” restoranında səhnəyə çıxacaq.
Sia.az xəbər verir ki, məsələni dəqiqləşdirmək üçün dəfələrlə Aygünlə əlaqə saxlanılsa da, cəhdlər boşa çıxmışdı. İfaçı dəstəyi qaldıraraq “Bəsdirin, cavab vermək istəmirəm” - deyərək telefonunu söndürmüşdü.
Lakin xəbər yayıldıqdan sonra əməkdar artistin özü əməkdaşla əlaqə quraraq bunları dedi: “Sözügedən konsertin erməni məclisi olduğunu bilmirdim. Sadəcə olaraq, mənə söylədilər ki, çıxış etməliyəm. Geniş araşdırmamdan sonra bəlli oldu ki, imkanlı erməni evində tədbir təşkil edib. Mən həmin məclisə dəvət edən təşkilatçıyla əlaqə saxlayaraq bildirdim ki, əgər o tədbirdə erməni varsa, mən gəlməyəcəm”.
Qeyd edək ki, Aygün Bəylər Qriqori adlı imkanlı erməninin evində düzənlədiyi məclisdə iştirak etməkdən imtina etdiyini söyləsə də, Rostovdan əldə etdiymiz məlumata görə, sənətçi artıq həmin tədbirin qonorarını alıb.
banner

Oxşar Xəbərlər