• çərşənbə, 24 Aprel, 04:01
  • Baku Bakı 14°C

Aygün Attar ATƏT Müşahidə Missiyasında akkreditasiyasının ləğvindən danışdı

13.02.20 20:54 1466
Aygün Attar ATƏT Müşahidə Missiyasında akkreditasiyasının ləğvindən danışdı
Mərkəzi Seçki Komissiyasının (MSK) bu gün keçirilən iclasında ATƏT/DTİHB-nin 9 fevral 2020-ci il Milli Məclisə seçkilərlə əlaqədar Seçki Müşahidə Missiyasının sədri Peter Teylerin Müşahidə Missiyasının üzvü Aygün Attarın akkreditasiyasının ləğv olunması ilə bağlı müraciətinə baxılıb və Aygün Attarın akkreditasiyası ləğv olunub.
ATƏT/DTİHB-nin Müşahidə Missiyasının üzvü kimi akkreditasiyasının ləğv edilməsinə münasibət bildirən A. AttarLent.az-a açıqlamasında deyib ki, səsvermədən bir neçə gün əvvəl ATƏT müşahidəçilərinin toplantısı keçirilib.
Onun sözlərinə görə, toplantıda Azərbaycanda keçiriləcək seçkilərlə bağlı müşahidəçilərə qeyri-obyektiv məlumatlar verilib: "Bununla əlaqədar fevralın 8-də sosial media üzərindən ATƏT Müşahidə Missiyasının rəhbərliyinə etirazımın ifadə olunduğu müraciət yazdım. Müraciətimdə ATƏT-i beynəlxalq hüquq çərçivəsində hərəkət etməyə, Azərbaycanın daxili işlərinə qarışmamağa, obyektiv mövqe ortaya qoymağa çağırdım. Mən mədəni çərçivədə öz tənqidi mövqeyimi ortaya qoydum. Fevralın 9-da isə ATƏT/DTİHB-nin Müşahidə Missiyasının üzvü kimi vəzifəmi yerinə yetirdim. Fevralın 11-də müşahidəçilərin sonuncu toplantısında ATƏT-dən iki nəfər mənə müşahidəçi kimi akkreditasiyamın ləğv olunduğunu söylədilər. Bunun səbəbini soruşdum. Soruşdum ki, beynəlxalq müşahidəçi kimi obyektivlikdən kənar bir hərəkətimmi olub? Dedilər ki, yox. Səbəb fevralın 8-də etdiyim müraciətdir. Mən isə ATƏT-in ölkələrdə fikir, mətbuat azadlığı, demokratiyanın təsis olunması üçün təsis edildiyini xatırlatdım. Dedim ki, necə olur ki, ATƏT özü kiçik bir tənqidə belə dözmür, amma başqa ölkələri tənqid edir, guya dərs verir. Onlar da mənim akkreditasiyamın ləğv olunması üçün MSK-ya müraciət etdi. Məsələnin mahiyyəti budur”.
banner

Oxşar Xəbərlər