• cümə axşamı, 28 mart, 12:36
  • Baku Bakı 16°C

Ayətullahdan ittiham: ABŞ İranda müharibəyə başlamaq istəyirdi

12.12.18 18:30 434
Ayətullahdan ittiham: ABŞ İranda müharibəyə başlamaq istəyirdi
ABŞ İranda təhlükəsizliyə zərbə vurmaq və müharibəyə başlamaq istəyirdi, amma bu planlar baş tutmadı.
Trend-in məlumatına görə, bunu İranın ali lideri, ayətullah Əli Xameneyi öz "Twitter” səhifəsində bildirib.
O qeyd edib ki, ABŞ-ın İran xalqına qarşı planı aşkar edilib:
"Onlar edə bildiklərini etdilər. ABŞ-ın planı sanksiyalar və təxribatlarla İranda problemlər, qarşıdurmalar və vətəndaş müharibəsi yaratmaq idi”.
Bununla belə, Ə.Xameneyi İranın sayıqlığını itirməməli olduğunu deyib, çünki ABŞ gələn il başqa anti-İran planını irəli sürə bilər.
banner

Oxşar Xəbərlər