• cümə, 29 Mart, 15:53
  • Baku Bakı 14°C

Aydın Səfixanlı: Avropa Şurası rəhbərlərinin siyasi kampaniyaların başında durması bu qurumla gələcək əməkdaşlığı sual altına qoyur

08.10.17 10:30 935
Aydın Səfixanlı: Avropa Şurası rəhbərlərinin siyasi kampaniyaların başında durması bu qurumla gələcək əməkdaşlığı sual altına qoyur
Bu gün Azərbaynın əldə etdiyi uğurlar, ölkəmizin istər region, istərsə də qlobal səviyyədə həyata keçiriləcək siyasətin formalaşdırılmasında söz sahibi olması bəzi siyasi qüvvələri narahat edir və buna görə də ölkəmizə qarşı əsassız qarayaxma kampaniyalar həyata keçirilir.
Bunu Trend-ə Ombudsman Aparatının rəhbəri Aydın Səfixanlı Azərbaycan Prezidenti İlham Əliyevin Avropa İttifaqı Şurasının Siyasi və Təhlükəsizlik Komitəsinin nümayəndə heyəti ilə görüşündə Azərbaycanın inkişafımıza sevinməyən və ya Azərbaycanda hökmranlıq etmək arzusunda olan müəyyən dairələrin onu gözdən salmağa çalışması ilə bağlı səsləndirdiyi fikrlərə münasibət bildirərkən deyib.
Onun sözlərinə görə, əsas fəaliyyət məqsədinin demokratik prinsiplərin və insan hüquqlarının müdafiəsi olduğunu bəyan edən Avropa Şurasının rəhbərliyində təmsil olunmuş şəxslərin bu kimi siyasi kampaniyaların başında durması, həmin qurumun məqsəd və məramlarına zidd olmaqla bərabər, regional təşkilatın nüfuzunun düşməsinə səbəb olur, bu qurumla gələcək əməkdaşlığı sual altına qoyur.
A.Səfixanlı qeyd edib ki, istənilən beynəlxalq və regional təşkilatın əsas fəaliyyət prinsipi bərabərlik, ayrı-seçkiliyin yolverilməzliyi prinsipidir. Bu prinsip insan hüquqlarının müdafiəsi sahəsində qəbul olunmuş əsas beynəlxalq və regional sənədlərdə də təsbit olunub.
Onun sözlərinə görə, Avropa Şurasının rəhbərliyində təmsil olunmuş şəxslərin bu prinsiplərə riayət etməyərək Azərbaycana qarşı ikili standartlar yürütməsi, Avropa Şurasına üzv olan 47 ölkə arasında yalnız Azərbaycana münasibətdə Avropa Məhkəməsinin qəbul etdiyi qərarlardan narahatlıq keçirməsi, digər dövlətlərə qarşı qəbul olunmuş on minlərlə qərarın icrasına etinasız yanaşması təbii olaraq Azərbaycan vətəndaşında bu quruma olan inamı azaltmaqda və xüsusi münasibət formalaşdırmaqdadır:"Bütün bunların müqabilində son günlər Avropa Şurası rəsmilərinin Azərbaycanı üzvlükdən məhrum etmək və ölkəmizə qarşı sanksiya tətbiq etməklə hədələməsi Cənab Prezidentin dediyi kimi "ikili standartların təntənəsi"dir. Azərbaycanın Avropa Şurasından əsas gözləntilərindən biri də Dağlıq Qarabağ münaqişəsinin beynəlxalq hüququn norma və prinsiplərinə uyğun olaraq ədalətli həllinə nail olmaqdır. Təssüflə qeyd etmək istərdim ki, ötən müdət ərzində bu istiqamətdə bir nəticə əldə olunmamış, əksinə digər dövlətin ərazisini işğal etmiş və hərbi cinayətlər törətməklə milyonlarla insanın hüquq və azadlıqlarını kobud şəkildə pozmuş, belnəlxalq hüquq normalarına, belnəlxalq təşkilatların qəbul etdiyi qətnamə və qərarlara saymazlayana münasibət bəsləyən Ermənistan AŞPA-dakı lobbi qrupları tərəfindən hər zaman himayə olunub. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev hər zaman beynəlxalq təşkilatların qətnamə və qərarlarının icrasında olan problemləri bu qərarları qəbul edən qrumların diqqətinə çatdıraraq, bununla bağlı əməli addımların atılmasını tələb etmişdir. Belə ki, İlham Əliyev Avropa Şurası Parlament Assambleyasının sessiyasında çıxış edərkən bildirmişdir: "Ermənistan ilə Azərbaycan arasında münaqişəyə dair BMT-nin Təhlükəsizlik Şurasının, Avropa Şurası Parlament Assambleyasının, Avropa Parlamentinin, ATƏT-in qəbul etdiyi bir sıra mühüm qərar və qətnamələrdən heç biri icra olunmayıb. Beləliklə, nüfuzlu beynəlxalq təsisatlar tərəfindən qəbul edilmiş qətnamələrin həyata keçirilməsi mexanizmi olmalıdır. Bu mexanizm hamımız tərəfindən yaradılmalıdır. Digər halda, bu qətnamələr öz mahiyyətini itirir. Ötən dövr ərzində bu istiqamətdə də əməli addımların atılmaması, icrası təmin olunmayan qərarları qəbul etmiş qurumların nüfuzunun daha da düşməsinə səbəb olub”.
banner

Oxşar Xəbərlər