• çərşənbə, 24 Aprel, 00:45
  • Baku Bakı 14°C

Aydın Quliyev: “"Reket" jurnalistika ciddi jurnalistikanın adına xələl gətirir”

16.11.17 17:38 1956
Aydın Quliyev: “"Reket" jurnalistika ciddi jurnalistikanın adına xələl gətirir”
"2008-ci ildən indiyə qədər Mətbuat Şurasının xətti ilə reket jurnalistikaya qarşı mübarizə fasiləsiz və sistemli şəkildə aparılmaqdadır”. BunuSİA-ya açıqlamasında "Bakı Xəbər” qəzetinin baş redaktoru Aydın Quliyev bildirib.
Onun sözlərinə görə, ortada böyük nəticələrimiz var: "Mətbuat Şurasının rəhbərliyi, idarə heyəti şəxsən onun sədri, müvafiq komissiyalar, reket jurnalistika ilə mübarizə komissiyası, şikayətlər üzrə komissiyalar və s. kimi strukturların xətti ilə ardıcıl şəkildə bu istiqamətdə iş aparılır. Bizim artıq siyahımız var. Yəni yaramaz fəaliyyətlə məşğul olan jurnalistlərin adları yazılmış qara siyahı ortadadır. Mütəmadi olaraq biz bu siyahını ictimai rəyə, dövlət orqanlarına, müəyyən özəl şirkətlərə, ümumiyyətlə, reket jurnalistlərinin hədəfi ola biləcək bütün subyektlərə çatdırırıq. Onlarda bilsinlər ki, ölkənin ciddi strukturları və media orqanları ilə reket fəaliyyəti ilə məşğul olan saytlar, portallar, qəzetlər arasında böyük fərqlər var və bunu fərqləndirə bilsinlər. Reketçiliyə qarşı mübarizə tədbirlərinin nəticəsində böyük uğurlarımız olsa da, təəssüflər olsun ki, reket jurnalistikanın kökünü tam şəkildə kəsmək hələ ki, mümkün olmayıb. Hətta bəzi hallarda onların yenidən baş qaldırması və hətta Mətbuat Şurasının idarə heyətinin bu peşəkar və obyektiv fəaliyyətinə çamur yaxmaq kimi cəhdləri də olur. Ona görə də, düşünürəm ki, artıq dövlət və hüquq mühafizə orqanları müstəvisində bu məsələ ilə bağlı müəyyən addımların atılmasına ehtiyac var. Birincisi, qanunveriçilikdə olan boşluqlar aradan qaldırılmalı və daha sərt nəzarət mexanizmiləri tətbiq olunmalıdır. Daha sonra isə bu istiqamətdə real addımlar atılmalıdır. Çünki reket jurnalistika ciddi jurnalistikanın adını batırır, ölkənin ciddi media sektorunun adına xələl gətirir, ictimai mühütdə sabitliyi pozan bir element kimi görsənir, ictimaiyyətin narazılığına səbəb olur, ölkədə dövlət - media münasibətlərinin normal bir müstəvidə formalaşması prosesinə maneçilik törədir. Buna görə də, bu istiqamətdə ciddi ölçülər götürülməlidir”.
banner

Oxşar Xəbərlər