AZE | RUS | ENG |

Aydın Mirzəzadə: "Erməni millətçiləri Heydər Əliyevdən çox ciddi şəkildə çəkinirdilər"

Aydın Mirzəzadə:
"1969-cu il üçün Azərbaycan SSRİ-də bütün sahələrdə çox kritik bir vəziyyət yaranmışdı. Dövlət planları yerinə yetirilmirdi, iş yerlərinin sayı az idi, mənzillə təminat sahəsində çox ciddi bir gərginlik yaranmışdı".
 
Bunu SİA-ya açıqlamasında millət vəkili, politoloq Aydın Mirzəzadə deyib. 
 
Deputatın sözlərinə görə, Azərbaycan xalqının tarixinin, mədəniyyətinin öyrənilməsində və dünya ictimaiyyətinə çatdırılması istiqamətində işlər çox zəif idi: "Ümummilli lider Heydər Əliyevin Sovet Azərbaycanına rəhbər seçilməsi bütün sahələr üzrə çox ciddi işlərin görülməsinə gətirib çıxardı. 13 il ərzində Azərbaycanda 250 müəssisə salındı və hər il Azərbaycandan SSRİ-nin nüfuzlu universitetlərinə minlərlə gənc göndərildi. Tariximizin öyrənilməsinə, mədəniyyətimizin zənginləşdirilməsinə yönəlik çox ciddi işlər görüldü. Azərbaycan mədəniyyəti SSRİ və dünya səviyyəsində daha çox tanınmağa başladı, Ermənistanın Azərbaycan torpaqlarına qarşı iddialarına birmənalı şəkildə son qoyuldu. Ulu öndərin dövründə bu məsələdə erməni millətçiləri artıq Heydər Əliyevdən çox ciddi şəkildə çəkinirdilər. Həmçinin həmin dövr Azərbaycan cəmiyyətinə bir azərbaycançılıq əhval-ruhiyyəsi, milli təfəkkür gətirdi. Bunun nəticəsidir ki, Heydər Əliyev böyük siyasətdə olmayanda antiazərbaycan qüvvələrin qaldırdığı Dağlıq Qarabağ iddiasına milyonlarla insan özünün rədd cavabını verdi. Sovet Azərbaycanına rəhbərlik etdiyi dövrdə Heydər Əliyevin fəaliyyəti müstəqillik dövründə müstəqil dövlətin artıq ciddi bünövrə üzərində qurulması üçün əsas yaratdı. 1993-cü ildə ulu öndər ikinci dəfə hakimiyyətə gəldikdən artıq müstəqillik müstəvisində böyük işlər görüldü. Azərbaycan möhkəmləndi, ölkəmizin iqtisadiyyatı şaxələndi, beynəlxalq aləmdə Azərbaycanın nüfuzu artdı. Hazırda Prezident İlham Əliyevin bu kursu uğurla davam etdirməsi həm problemlərimizin həllinə, həm də beynəlxalq aləmdə nüfuzumuzun artmasına səbəb oldu. Bunlar göstərdi ki, xalqa özünün yetirməsi olan, xalqın maraqları ilə və eyni zamanda problemlərin həllini bilən bir liderin rəhbərliyi ilə çox böyük işlər görmək mümkündür”.



Paylaş:

Facebook-da

Xəbər lenti

Valyuta məzənnəsi

Tipi Ədə. Adı AZN
USD 1 1 ABŞ dolları 1.7
EUR 1 1 Avro 1.9142
GEL 1 1 Gürcüstan larisi 0.5981
GBP 1 1 İngiltərə funt sterlinqi 2.1277
IRR 100 100 İran rialı 0.004
SEK 1 1 İsveç kronu 0.1818
CHF 1 1 İsveçrə frankı 1.7255
KWD 1 1 Küveyt dinarı 5.5849
TRY 1 1 Türkiyə lirəsi 0.2974