• cümə axşamı, 25 aprel, 20:15
  • Baku Bakı 21°C

Aydın Mirzəzadə: "Azərbaycanda ərzaq mallarına ciddi qiymət artımı yoxdur"

10.08.19 20:37 3937
Aydın Mirzəzadə: "Azərbaycanda ərzaq mallarına ciddi qiymət artımı yoxdur"
Azərbaycanın istehlak bazarında guya qiymət artımının müşahidə olunduğu barədə müxtəlif iddialar səsləndirilir. Məsələyə münasibət bildirən millət vəkili Aydın MirzəzadəSİA-ya açıqlamasında bunları deyib: "Maaşların və gəlirlərin artımına baxmayaraq Azərbaycanda istehlak mallarına və xidmətlərə, ən əsası isə ərzaq mallarına ciddi qiymət artımı yoxdur. Bu ilk növbədə bu məsələləri dövlətin ciddi nəzarətdə saxlaması ilə bağlıdır. Kənd təsərrüfatına hərtərəfli dəstək var, onunla bağlı infrastruktura hərtərəfli dəstək var, idxal-ixrac sistemi təkmilləşdirilir, manatın kursu sabit saxlanır, qiymət siyasəti təsir edən faktorlar nəzarətdə saxlanır. Sentyabr ayından maaşların, oktyabr ayından minimal pensiyaların artması insanların rifahını daha da artıracaqdır".
banner

Oxşar Xəbərlər