• cümə axşamı, 25 aprel, 09:44
  • Baku Bakı 14°C

Aydın Hüseynov: Zaqrebdə aparılan danışıqlar Azərbaycan-Xorvatiya əlaqələrinin genişlənməsinə təkan verəcək

08.09.18 16:45 628
Aydın Hüseynov: Zaqrebdə aparılan danışıqlar Azərbaycan-Xorvatiya əlaqələrinin genişlənməsinə təkan verəcək
Dövlətimizin başçısı İlham Əliyevin son səfərləri və dövlətlər arasında əldə olunmuş razılaşmalar ölkəmizin xarici siyasətinin dinamikliyini nümayiş etdirir, Azərbaycanın strateji tərəfdaşlıq əlaqələrinin güclənməsinə, dost və tərəfdaşlarının sayının artmasına xidmət edir. Azərbaycan Prezidentinin Xorvatiyaya rəsmi səfəri, Zaqrebdə keçirilən görüşlər Azərbaycan-Xorvatiya əlaqələrinin genişlənməsinə təkan verəcək.
Bu fikirləriAZƏRTAC-a açıqlamasında Milli Məclisin deputatı Aydın Hüseynov bildirib.
Milli Məclisin deputatı deyib: "Azərbaycan-Xorvatiya münasibətləri strateji xarakter daşıyır, bu əməkdaşlıq genişlənir və güclənir”. Səfər çərçivəsində imzalanmış sənədlərin ölkələr arasında ticarət dövriyyəsinin artırılmasına, müştərək investisiya layihələrinin icrasına imkan yaradacağını deyən deputat əlavə edib ki, Azərbaycan ilə Xorvatiya arasında aparılmış danışıqlar ölkələr arasında əczaçılıq, aqrar sahə, kənd təsərrüfatı məhsullarının emalı, gəmiqayırma və digər istiqamətlər üzrə iqtisadi əməkdaşlıq əlaqələrinin genişlənməsinə şərait yaradacaq. "Yaxın iki il ərzində Azərbaycan qazı ilk dəfə olaraq Avropa məkanına çatdırılacaq. Beləliklə, Avropanın enerji təhlükəsizliyinə növbəti töhfə veriləcək. Azərbaycan öz qaz potensialını daha böyük həcmdə Avropaya təqdim edə bilər”,- deyə A.Hüseynov bildirib.
Onun sözlərinə görə, Xorvatiya ilə İon-Adriatik qaz kəmərinin tikintisi ilə bağlı çox əhəmiyyətli danışıqlar aparılır. Təsdiq olunmuş 2,6 trilyon kubmetr qaz ehtiyatına malik Azərbaycan mavi yanacaq hasilatının artırılması ilə bağlı əlavə addımlar atmaq və ixrac coğrafiyasını daha da genişləndirmək fikrindədir.
Aydın Hüseynov qeyd edib ki, səfər, həmçinin Azərbaycanın Avropa İttifaqı və NATO ilə əməkdaşlığına da müsbət təsir edəcək. "Azərbaycan üçün Avropa İttifaqı və NATO çərçivəsində əməkdaşlıq da çox əhəmiyyətlidir. Ölkəmizin bu təşkilatlarla da əlaqələri inkişaf edir. Qeyd edək ki, Xorvatiya 2009-cu ildən NATO, 2013-cü ildən isə Aİ üzvüdür, buna görə də rəsmi Zaqreb Azərbaycanın bu qurumlarla əməkdaşlığının genişləndirilməsinə öz töhfəsini verə bilər”,-deyən deputat vurğulayıb ki, Xorvatiya Cənub Qaz Dəhlizi ilə bağlı Azərbaycan paytaxtında keçirilən 4 toplantıda yaxından iştirak edib. Xorvatiya hər zaman Aİ ilə münasibətlərdə Azərbaycanı dəstəkləyib və bu işə öz töhfələrini verib.
banner

Oxşar Xəbərlər