• çərşənbə axşamı, 19 mart, 15:31
  • Baku Bakı 8°C

Aydın Hüseynov: Azərbaycan parlamenti tarixdə şərəfli iz qoyub

22.09.18 17:21 1089
Aydın Hüseynov: Azərbaycan parlamenti tarixdə şərəfli iz qoyub
Azərbaycan parlamenti tarixdə şərəfli iz qoyub. İlk parlamentimiz ölkənin idarə olunmasını öz üzərinə götürüb və tarixi İstiqlal Bəyannaməsini qəbul edib. Parlament fəaliyyət göstərdiyi dövrdə 270-dən çox qanun layihəsi müzakirəyə çıxarıb, onlardan 230-na yaxını qəbul olunub.
Bu fikirləri Azərbaycan parlamentinin yaranmasının 100 illiyi ilə bağlıAZƏRTAC-a açıqlamasında Milli Məclisin deputatı Aydın Hüseynov bildirib. Deputat qeyd edib ki, parlamentimiz milli dövlət quruculuğunun bərqərar edilməsi xalqımızın suverenliyinin təmin olunmasında, tarixi yaddaşımızın formalaşmasında müstəsna əhəmiyyət kəsb edib. Azərbaycan parlamentinin 100 illik yubileyi ilə əlaqədar keçirilən xüsusi iclasın böyük siyasi əhəmiyyəti var. Təntənəli iclasda 20-dən çox ölkənin parlament sədrlərinin və parlament sədrləri müavinlərinin rəhbərliyi ilə ümumilikdə 150-dən artıq nümayəndənin iştirak etdiyini söyləyən deputat əlavə edib ki, bir çox nüfuzlu beynəlxalq təşkilatların nümayəndələri də iclasda iştirak ediblər.
Parlamentimizin müasir dövrdəki fəaliyyətindən bəhs edən Aydın Hüseynov bildirib ki, Azərbaycan Respublikası beynəlxalq birliyin etibarlı üzvüdür. Əsası ulu öndər Heydər Əliyev tərəfindən qoyulmuş milli inkişaf strategiyasını Prezident İlham Əliyev uğurla davam etdirir. Prezidentin rəhbərliyi ilə Azərbaycan çox sürətlə inkişaf edərək iqtisadi inkişaf sürətinə görə dünyada lider dövlətlərdən birinə çevrilib. Prezident İlham Əliyev parlamentin 100 illiyi münasibətilə keçirilən iclasdakı çıxışında dedi ki, bu gün Azərbaycan dünya xəritəsində bir uğur nümunəsidir. Bu gün Azərbaycan tam müstəqil siyasət aparır. İstər xarici siyasətlə, daxili siyasətlə, iqtisadiyyatla bağlı olan bütün nailiyyətlər bu məqsədə xidmət göstərir ki, bizim müstəqilliyimiz daha da möhkəmlənsin. Dövlətimizin başçısının bu fikri bir daha sübut edir ki, ölkəmiz təkcə regionda deyil, dünya coğrafiyasında mühüm statusa malikdir.
Deputat, həmçinin vurğulayıb ki, bu təntənəli xüsusi iclasın keçirilməsi, iclasda xarici ölkələrdən çoxsaylı nümayəndə heyətlərinin, bir sıra nüfuzlu beynəlxalq təşkilatların təmsilçilərinin iştirakı böyük siyasi əhəmiyyət daşıyır və Azərbaycanın yüksək beynəlxalq nüfuzundan xəbər verir.
banner

Oxşar Xəbərlər