• cümə axşamı, 28 mart, 21:21
  • Baku Bakı 13°C

Aydın Hüseynov: "2019-cu il Azərbaycan tarixinə sosial islahatlar ili kimi düşəcək"

10.08.19 20:51 541947
Aydın Hüseynov: "2019-cu il Azərbaycan tarixinə sosial islahatlar ili kimi düşəcək"
"Prezident İlham Əliyevin imzaladığı fərman və sərəncamlar əsasında reallaşdırılan böyük sosial tədbirlər paketi bütün kateqoriyalardan olan vətəndaşlarımızın rifah halını yüksəldib".
Bu barədə millət vəkili Aydın Hüseynov bildirib.
O qeyd edib ki, məhz buna əsasən 2019-cu il Azərbaycan tarixinə sosial islahatlar ili kimi düşəcək: "3 milyon insanı əhatə etməklə ilk sosial paketin illik maliyyə tələbi 1,6 milyard manata bərabər idi. İkinci paketisə sentyabr ayından icra olunacaq və bu da 1 milyondan çox insanı əhatə edəcək. Ümumilikdə isə iki sosial paketin maliyyə tutumu bu il üçün 2,3 milyard manatdır. Əlbəttə ki, davam etdiriləcək sosial tədbirlərə növbəti ildə 3 milyard manat xərclənəcək ki, bu da 4,2 milyon insanımızı əhatə edəcək”.
Millət vəkili bu ilin 6 ayı ərzində əldə olunan nəticələrə toxunaraq qeyd edib ki, Azərbaycan ötən müddətdə də dinamik inkişafını qoruyub saxlayıb, əsasən də sosial sahədə ciddi nailiyyətlərə də edib: "Belə ki, bu ilin altı ayında ölkə iqtisadiyyatı 2,4 faiz, qeyri-neft sektoru 3,2 faiz, qeyri-neft sənayesi 15,7 faiz artıb. Kənd təsərrüfatının isə 13 faiz artması rekord göstərici hesab olunur. Ticarət dövriyyəsi 20 faizdən çox, qeyri-neft ixracı 15 faiz artıb. Bununla yanaşı, büdcədaxilolmaları Vergilər Nazirliyinin, Dövlət Gömrük Komitəsinin xətti ilə 440 milyon manatdan çox artıb, altı ayda ölkə iqtisadiyyatına 6 milyard dollardan çox sərmayə qoyulub. Eləcə də inflyasiya cəmi 2,5 faiz olub, əhalinin gəlirləri isə 6,6 faiz artıb. Bunlarla yanaşı, 49 milyard dollar səviyyəsində olan valyuta ehtiyatlarımız rekord həddə çatıb. Təbii ki, Azərbaycanın inkişafını beynəlxalq reytinq təşkilatları da təqdir edirlər. Dünya Bankının "Doing Business” proqramı çərçivəsində Azərbaycanın 10 ən islahatçı ölkə kimi tanınması və ölkəmizin 32 pillə irəliləyərək hazırda 25-ci yerdə qərarlaşması dediklərimizin əyani sübutudur. Bu bir daha təsdiq edir ki, Azərbaycan sürətlə inkişaf edir və növbəti illərdə uğurlarımız daha da artacaq”.
banner

Oxşar Xəbərlər