• cümə, 19 Aprel, 05:42
  • Baku Bakı 18°C

Aydın Əliyev: "Dövlət Gömrük Komitəsi 2017-ci ildə dövlət büdcə proqnozunu artıqlaması ilə yerinə yetirib"

19.01.18 10:55 569
Aydın Əliyev: "Dövlət Gömrük Komitəsi 2017-ci ildə dövlət büdcə proqnozunu artıqlaması ilə yerinə yetirib"
"Gömrük orqanları 2017-ci ili uğurlarla başa vurub".
"APA-Economics”in məlumatına görə, bunuDövlət Gömrük Komitəsinin sədriAydın Əliyevbu gün Ümumdünya Gömrük Təşkilatının Avropa Regional OfisindəDövlət Gömrük Komitəsirəhbərliyinin iştirakı ilə "2017-ci ilin yekunları və qarşıda duran vəzifələr" mövzusunda keçirilən mətbuat konfransında bildirib.
"Ötən il Azərbaycanda iqtisadiyyatı üçün olduqca uğurlu olub", - deyə A.Əliyev vurğulayıb.
O bildirib ki, ötən il idxal 291 mln. manat artıb: "Bu, prezidentin tapşırığına uyğun olaraq həyata keçirilib. Müsbət haldır ki, ötən il müsbət saldo 5 milyard manatdan artıq olub. 2017-ci ildə 2 milyard 250 milyon manatlıq dövlət büdcə proqnozu artıqlaması ilə yerinə yetirilib və 2,8 milyard manatDövlət Gömrük Komitəsitərəfindən toplanaraq büdcəyə keçirilib”.
banner

Oxşar Xəbərlər