• cümə axşamı, 28 mart, 14:17
  • Baku Bakı 16°C

Aydın Əliyev DGK-nın bəzi qurumlara birləşdiriləcəyi ilə bağlı yayılan xəbərlərə münasibət bildirib

19.01.18 11:50 780
Aydın Əliyev DGK-nın bəzi qurumlara birləşdiriləcəyi ilə bağlı yayılan xəbərlərə münasibət bildirib
Dövlət Gömrük Komitəsinin sədriAydın Əliyevrəhbərlik etdiyi komitənin bəzi qurumlara birləşdiriləcəyiilə bağlı yayılan xəbərlərə münasibət bildirib.
"APA-Economics”in məlumatına görə,Dövlət Gömrük Komitəsinin sədriAydın Əliyevbu gün Ümumdünya Gömrük Təşkilatının Avropa Regional OfisindəDövlət Gömrük Komitəsirəhbərliyinin iştirakı ilə "2017-ci ilin yekunları və qarşıda duran vəzifələr" mövzusunda keçirilən mətbuat konfransında bildirib ki, bəzi ölkələrdə Gömrük KomitəsiVergilər Nazirliyinin tərkibində fəaliyyət göstərir.
"Gömrük xidməti ABŞ-da, bəzi Avropa ölkələrindəMaliyyə Nazirliyinin tərkibində fəaliyyət göstərir. Bəzi Avropa ölkələrində isə İqtisadiyyat Nazirliyinin tərkibində fəaliyyət göstərir. Gömrük işçiləri xalqın və hökumətin əsgəridir. Harada desələr, orada da fəaliyyət göstərəcəyik", - deyə A.Əliyev vurğulayıb.
banner

Oxşar Xəbərlər