• cümə axşamı, 25 aprel, 11:15
  • Baku Bakı 14°C

Aydın Əliyev: "Bəzi aksiz vergiləri artırıla bilər"

11.10.17 11:55 1416
Aydın Əliyev: "Bəzi aksiz vergiləri artırıla bilər"
"Vergi rüsumlarının artırılması ilə bağlı Dövlət Gömrük Komitəsinə (DGK) hər hansı müraciət daxil olmayıb". "APA-Economics" xəbər verir ki, bunu DGK sədriAydın Əliyevbildirib.
Bununla yanaşı, qurum rəhbəri bildirib ki, bəzi aksiz vergilərinin artırılması gündəmdədir: "Hazırda bununla bağlı hökumətlə müzakirələr aparılır. Bilirsiniz ki, manatın devalvasiyasından sonra bugünkü mövcud vəziyyət həqiqətəuyğun deyil".
DGK sədri deyib ki, tütün məmulatları, spirtli içkilərə tətbiq olunan aksiz vergisi artırıla bilər: "Bilirsiniz ki, ölkəmizdə bu sahədə kifayət qədər müəssisələr fəaliyyət göstərir. Bizim əsas vəzifələrimizdən biri də daxili istehsalı qorumaqdır".
banner

Oxşar Xəbərlər