• çərşənbə axşamı, 16 aprel, 22:32
  • Baku Bakı 18°C

Aydın Əliyev: "Azərbaycanda gömrük statistikası dünya statistika metodologiyası üzrə aparılır"

19.01.18 11:25 971
Aydın Əliyev: "Azərbaycanda gömrük statistikası dünya statistika metodologiyası üzrə aparılır"
"Gömrük statistikasının metodologiyası dünya statistika metodologiyası üzrə aparılır. Azərbaycan da bu statistik metodologiyaya uyğun öz gömrük statistika məlumatlarını açıqlayır".
"APA-Economics”in məlumatına görə, bunuDövlət Gömrük Komitəsinin sədriAydın Əliyevbu gün Ümumdünya Gömrük Təşkilatının Avropa Regional OfisindəDövlət Gömrük Komitəsirəhbərliyinin iştirakı ilə "2017-ci ilin yekunları və qarşıda duran vəzifələr" mövzusunda keçirilən mətbuat konfransında bildirib.
O, ötən il üçün komitə tərəfindən təqdim edilən rəqəmlərin SOCAR-ın təqdim etdiyi rəqəmlərlə üstü-üstə düşməməsi məsələsinə aydınlıq gətirərkən deyib ki, Azərbaycanda nəinki neft və qaz, hər idxal edilən məhsulun qeydiyyatı aparılır: "Neft və enerji məhsullarının ixracı ilə bağlı konsorsium tərəfindənDövlət Gömrük Komitəsinə məlumat verilir. Neftin, qazın və enerji məhsullarının ixracının bəyan edilmə prosesi isə ən azı 3, bəzən 4 və 5 aya qədər davam edir. Bu səbəbdən də miqdarın və həcmin, dəyərin üst-üstə düşməsi mümkün deyil".
DGK sədrinin müavini Səfər Mehdiyev isə deyib ki, təkcə Azərbaycanda deyil, bütün dünya ölkələrində məlumatlarda fərqin olması müşahidə edilir.
banner

Oxşar Xəbərlər