• cümə, 19 Aprel, 21:21
  • Baku Bakı 24°C

AYB iki baş redaktoru dəyişdirdi - Yenilənib

27.03.14 12:48 1263
AYB iki baş redaktoru dəyişdirdi - Yenilənib
14:48
Azərbaycan Yazıçılar Birliyinin (AYB) Katibliyinin iclası keçirilib.
AYB-nin mətbuat xidmətindən APA-ya verilən məlumata görə, “Ədəbiyyat qəzeti”nin baş redaktoru Ayaz Vəfalı vəzifəsindən azad olunub.
Onun yerinə “Ulduz” jurnalının baş redaktoru Elçin Hüseynbəyli təyin olunub.
İclasda “Ulduz” jurnalının baş redaktoru vəzifəsinə təyinatla bağlı məsələyə də baxılıb.
Jurnalın baş redaktor müavini, şair Qulu Ağsəs “Ulduz” jurnalının baş redaktoru vəzifəsinə təyinat alıb.
Birlikdən əlavə ediblər ki, Ayaz Vəfalı vəzifədən öz ərizəsi ilə azad olunub.
14:20
Azərbaycan Yazıçılar Birliyində “Ədəbiyyat” qəzeti və “Ulduz” jurnalının rəhbərlərinin dəyişdirilməsi ilə bağlı iclas keçirilir.
APA-nın məlumatına görə, iclasda “Ədəbiyyat” qəzetinin baş redaktoru Ayaz Vəfalının öz ərizəsi ilə baş redaktorluqdan imtina etməsi məsələsinə baxılır. “Ədəbiyyat” qəzetinin baş redaktoru vəzifəsinə “Ulduz” jurnalının baş redaktoru, yazıçı Elçin Hüseynbəylinin, “Ulduz” jurnalının baş redaktoru vəzifəsinə isə baş redaktor müavini, şair Qulu Ağsəsin təyin olunacağı gözlənilir.
banner

Oxşar Xəbərlər