• çərşənbə, 24 Aprel, 18:27
  • Baku Bakı 23°C

AYB-də Cəfər Cabbarlı Komissiyası yaradıldı

19.06.15 14:53 1986
AYB-də Cəfər Cabbarlı Komissiyası yaradıldı
Azərbaycan Yazıçılar Birliyinin (AYB) toplantısı keçirilib. Birlikdən APA-ya verilən məlumata görə, AYB-nin sədri, Xalq yazıçısı Anarın iştirakıyla keçirilən toplantıda AYB tərkibində Cəfər Cabbarlı Komissiyasının yaradılması ilə bağlı müzakirələr aparılıb.
AYB-nin sədri tərəfindən bu qərarla bağlı əmr imzalanıb. Əmrdə Azərbaycan ədəbiyyatının, mədəniyyətinin inkişafında, mənəvi dəyərlərimizin zənginləşməsində, milli şüurun oyanışında, vətənpərvərlik duyğularının təbliğində, dilimizin saflığında misilsiz xidmətlər göstərmiş milli sənətkar, böyük dramaturq Cəfər Cabbarlının ədəbi-bədii irsinin tədqiqi və təbliği sahəsində sistemli fəaliyyət göstərmək, elmi konfranslar, sessiyalar, müsabiqələr, disputlar keçirmək, kitablar, bukletlər hazırlamaq, təqdimat mərasimləri, qiraət yarışları təşkil etmək, qalibləri mükafatlandırmaq və s. məsələlər qeyd olunub.
Komissiyanın tərkibi aşağıdakı heyətdə təsdiq edilib:
Asif Rüstəmli – Sədr, AMEA Nizami adına Ədəbiyyat İnstitutunun şöbə müdiri, filologiya üzrə elmlər doktoru, professor, AYB-nin üzvü
Qəmər Seyfəddinqızı – Cəfər Cabbarlı Ev muzeyinin direktoru
Gülşən Əliyeva–Kəngərli – ADMİU-nun prorektoru, filologiya üzrə elmlər doktoru, professor, AYB-nin üzvü
Tahirə Məmməd – AMEA Nizami adına Ədəbiyyat İnstitutunun şöbə müdiri, filologiya üzrə elmlər doktoru, professor, AYB-nin üzvü
Süleyman Kaan Yalşın – Türkiyə, Elazığ şəhəri, Fırat Universiteti, dosent, doktor
Elnarə Akimova – AMEA Nizami adına Ədəbiyyat İnstitutunun aparıcı elmi işçisi, filologiya üzrə fəlsəfə doktoru, AYB-nin üzvü
banner

Oxşar Xəbərlər