• çərşənbə, 24 Aprel, 07:30
  • Baku Bakı 13°C

Ayaqqabı fırçasının içərisində mobil telefon

28.10.13 17:35 1427
Ayaqqabı fırçasının içərisində mobil telefon
Penitensiar Xidmətin və Qobustan Həbsxanasının əməliyyat aparatları tərəfindən müəssisəyə qadağan edilmiş əşyaların keçirilməsi cəhdinin qarşısı alınıb.
Penitensiar Xidmətin ictimaiyyətlə əlaqələr şöbəsindən APA-ya verilən məlumata görə, həyata keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində Qobustan Həbsxanasında cəza çəkən 1985-ci il təvəllüdlü, Cinayət Məcəlləsinin 150.1, 228.1, 274, 333.6, 338.1, 341.3, 349.2.4, 66.3 maddələri ilə təqsirli bilinərək 15 il müddətinə azadlıqdan məhrum edilmiş məhkum Xəqani Bəkir oğlu Cavadovun ünvanına vətəndaş Cahangir Vaqif oğlu Məmmədovun adından göndərilmiş bağlamadakı əşyalara sonuncunun iştirakı ilə baxış keçirilib. Bu zaman ayaqqabı təmizləmək üçün fırçanın içərisində xüsusi üsulla düzəldilmiş yerdən 1 ədəd “Nokia 208” markalı mobil telefon aparatı və 1 ədəd elektrik qidalandırıcısı aşkar edilərək götürülüb.
Fakt üzrə araşdırma aparılır.
banner

Oxşar Xəbərlər