• şənbə, 20 Aprel, 14:29
  • Baku Bakı 23°C

"Ayaks"ın futbolçusu oyun zamanı huşunu itirib

09.07.17 10:15 1110
"Ayaks"ın futbolçusu oyun zamanı huşunu itirib
Niderlandın "Ayaks" futbol klubunun yarımmüdafiəçisi Abdelhak Nuri Almaniyanın "Verder" klubuna qarşı yoxlama oyununun ikinci hissəsində yerə yıxılaraq huşunu itirib.
Trend-in məlumatına görə, oyunçuya 15 dəqiqəyə yaxın meydanda yardım göstərilib, lakin daha sonra Nurini helikopter xəstəxanaya aparıb.
Hazırda Nuri reanimasiya şöbəsindədir və onun həyatı üçün təhlükə yoxdur.
banner

Oxşar Xəbərlər