Ayağı sındı, avtomobilin yük yerində apardılar
Boliviya
çempionatının 12-ci turunda keçirilən "Oriente Petrolero” – "Quabiroy”
qarşılaşmasında kuryoz hadisə olub.
Kaspi.az xəbər
verir ki, qarşılaşmanın 75-ci dəqiqəsində "Oriente”nin müdafiəçisi Kuelyara
ağır zədə alıb. O, ayağını sındırıb.
Həkimlərin ilkin
müdaxiləsindən sonra futbolçunu xəstəxanaya aparmaq lazım olub. Stadionda təcili
yardım maşını olsa da, sürücü olmayıb.
Əlacsız qalan həkimlər
futbolçunu taksi ilə aparmalı olublar. Amma Kuelyaranı taksinin yük yerinə yerləşdiriblər.
180 sm boya malik olan futbolçunun avtomobilə rahat yerləşdirilməsi üçün başqa
variant olmayıb.
30 yaşlı
Kuelyara Boliviya yığmasının da üzvüdür.